12px13px15px17px
Tarix:07/03/18

“WeChat” messencerinin auditoriyası 1 milyardı ötüb

“WeChat” messencerinin auditoriyası qlobal miqyasda 1 milyard istifadəçini ötüb. Bu barədə messencerin məxsus olduğu “Tencent” şirkətinin məlumatında bildirilərək ayda bu sayda insanın servisdən istifadə etdiyi qeyd olunur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, lakin “Financial Times” nəşrinin məlumatına görə, 1 milyard qeydiyyatdan keçmiş hesabların sayıdır. Çünki bəzi insanların, məsələn, iş və ya şəxsi məqsədlər üçün istifadə olunan bir neçə hesabı ola bilər.
 
Bildirilir ki, “WeChat” Çində ən populyar messencerdir. Servis vasitəsilə yazışmalar aparmaqla yanaşı, adi telefonlara zəng etmək, yemək və taksi sifariş etmək, icarəyə avtomobil götürmək və bank xidmətlərindən yararlanmaq mümkündür.
 
Servisə böyük maraq qismən Çində “WhatsApp”, “Line” və “Facebook Messenger” kimi rəqib layihələrin bloklanması ilə əlaqədardır.
 
Şirkətin 2017-ci ilin sentyabrında verdiyi məlumata görə, “WeChat” messencerinin auditoriyasının illik artımı 15,8 faiz təşkil edir. Həmçinin servisdən gündəlik təxminən 38 milyard məlumat göndərən 902 milyona yaxın insanın istifadə etməsi bildirilib.
 
“Tencent” Çinin nəhəng internet provayderidir. Şirkət Çinin ən məşhur “QQ” messencerinin, “WeChat” mətnli və səsli məlumatların ötürülməsi üçün sistemlərin inkişafı ilə məşğuldur, eləcə də “Riot Games” şirkətinin baş səhmdarıdır.
 
Nizam Nuriyev





Baxış sayı: 429

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024