Tarix:07/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, smartfonlarda “Qualcomm Snapdragon 845” prosessorunun quraşdırılacağı gözlənilir. “Nokia 8 Pro” buraxılışa bu ilin avqustunda hazır olacaq, lakin “Nokia 9” modelinin buraxılış müddəti hazırda naməlumdur. Saytda, həmçinin qeyd olunur ki, “Nokia 9” 5,7 düym diaqonallı, “Nokia 8 Pro” isə 5,5 düymlük ekranla təchiz ediləcək. Ekranların təsvir ölçüləri barədə məlumat verilmir.
Bundan başqa, “Nokia 9” modelinin displeyinə barmaq izi skanerinin quraşdırılacağı gözlənilir. “Nokia Power User” saytının əməkdaşları bu yeniliyə şübhə ilə yanaşırlar, çünki şirkət əvvəllər belə texnologiyanın tətbiqini planlaşdırmayıb. Hazırda “Samsung” və “Apple” kimi nəhəng şirkətlər bu ideyanı sınaqdan keçirirlər.
“Vivo” şirkəti hazırda populyar qurğularda quraşdırılmayan texnologiyanın prototipini yaradıb. Bu səbəbdən “HMD Global” şirkətinin cari ilin sonunadək belə qurğu təqdim edəcəyi ehtimal olunmur.
Nizam Nuriyev
“Nokia 9” və “Nokia 8 Pro” smartfonları nə vaxt buraxılacaq?
“HMD Global” şirkəti “MWC 2018” sərgisində beş yeni “Nokia” telefonu nümayiş etdirib. “Nokia Power User” saytı isə 2018-ci ilin sonunadək “Nokia 9” və “Nokia 8 Pro” modellərinin buraxılacağı barədə məlumat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, smartfonlarda “Qualcomm Snapdragon 845” prosessorunun quraşdırılacağı gözlənilir. “Nokia 8 Pro” buraxılışa bu ilin avqustunda hazır olacaq, lakin “Nokia 9” modelinin buraxılış müddəti hazırda naməlumdur. Saytda, həmçinin qeyd olunur ki, “Nokia 9” 5,7 düym diaqonallı, “Nokia 8 Pro” isə 5,5 düymlük ekranla təchiz ediləcək. Ekranların təsvir ölçüləri barədə məlumat verilmir.
Bundan başqa, “Nokia 9” modelinin displeyinə barmaq izi skanerinin quraşdırılacağı gözlənilir. “Nokia Power User” saytının əməkdaşları bu yeniliyə şübhə ilə yanaşırlar, çünki şirkət əvvəllər belə texnologiyanın tətbiqini planlaşdırmayıb. Hazırda “Samsung” və “Apple” kimi nəhəng şirkətlər bu ideyanı sınaqdan keçirirlər.
“Vivo” şirkəti hazırda populyar qurğularda quraşdırılmayan texnologiyanın prototipini yaradıb. Bu səbəbdən “HMD Global” şirkətinin cari ilin sonunadək belə qurğu təqdim edəcəyi ehtimal olunmur.
Nizam Nuriyev
Baxış sayı: 438
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet