12px13px15px17px
Tarix:12/03/18

Pulemyotla təchiz edilən dron yaradılacaq

Sinqapurun “ST Kinetics” şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi “Stinger” adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu “ST Kinetics Ultimax 100 Mk.8” pulemyotu ilə təchiz ediləcək. “Stinger” pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kq təşkil edəcək. Gələcək aparat və ondan istifadə planları barədə ətraflı məlumat verilmir.
 
Drondan atış üçün effektiv istifadəyə görə mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur.
 
Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiq edən bir sıra sınaqlar keçirib.

Nizam Nuriyev





Baxış sayı: 385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024