12px13px15px17px
Tarix:12/03/18

“HTC” rəhbəri smartfonların dizaynında böyük dəyişikliklər proqnozlaşdırır

“HTC” şirkətinin baş icraçı direktoru Şer Vonq gələcəkdə buraxılacaq smartfonlarla bağlı bir sıra maraqlı proqnozlar verib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, onun sözlərinə görə, beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) istifadəyə verilməsi ilə smartfonların ənənəvi dizaynında köklü dəyişikliklər gözlənilir.

Bildirilir ki, ilk “iPhone” modelinin buraxılışından ötən müddət ərzində smartfonlar prinsipcə dəyişməz qalıb. On bir il əvvəl olduğu kimi, onların əksəriyyəti ön ekrana malik paralelepiped şəklindədir. “Bu illər ərzində ekranların diaqonalları böyüdülüb, çərçivələrin ölçüsü kiçildilib, lakin köklü dəyişikliklər baş verməyib. “5G” şəbəkəsinin yaranması ilə hər şey başqa cür olacaq – smartfonların adət etdiyimiz forması dəyişəcək”, - Ş.Vonq qeyd edib.

“Smartfonlar bu gün bizim bildiyimiz və sevdiyimiz parlaq düzbucaqlıdan fərqlənə bilər. Güman edirəm ki,  onların forması dəyişəcək, çünki “5G” qurğunun hesablama gücünə tələbatı azaldır”, - Tayvan şirkətinin təmsilçisi vurğulayıb.

“HTC” rəhbərinin konkret olaraq nəyi nəzərdə tutduğu barədə məlumat verilmir. Onun qatlanan smartfonların yaranmasına və ya onları əvəz edəcək daşınan qurğulara işarə etdiyi ehtimal olunur.

Nizam Nuriyev





Baxış sayı: 403

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024