12px13px15px17px
Tarix:12/03/18

Çərçivəsiz “Huawei Honor 7C” smartfonu təqdim edilib

Gözlənildiyi kimi, “Huawei” şirkəti “Honor 7C” smartfonunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Huawei Honor 7C” smartfonu təsvir ölçüsü HD+ (720x1440 piksel) və tərəflər nisbəti 18:9 təşkil edən 5,99 düymlük ekran, barmaq izləri skaneri, 13+2 meqapiksellik əsas kamera, 8 meqapiksellik ön kamera, “Qualcomm Snapdragon 450” adlı 1,8 QHs takt tezlikli səkkiznüvəli prosessor, 3 və ya 4 QB əməli yaddaş, 32 və ya 64 QB-lıq fləş yaddaş (“microSD” formatlı kartın köməyi ilə yaddaşı 256 QB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.

İki SİM kart və “microSD” üçün ayrı slotlar nəzərdə tutulmuşdur. “4G VoLTE”, “Wi-Fi (802.11 b/g/n)”, “Bluetooth 4.2”, “GPS+QLONASS”, “FM” radio dəstəklənir. Aparatın ölçüsü 158,3x76,7x7,8 mm, çəkisi isə  164 qram təşkil edir. Smartfon “Android 8.0 Oreo” sistemi və “EMUI 8.0” interfeysinin idarəetməsi altında işləyir.

“Huawei Honor 7C” smartfonu 2018-ci il martın 13-dən əlçatan olacaq. 3+32 QB-lıq  versiyanın qiyməti 142 ABŞ dolları, 4+64 QB-lıq versiyanın qiyməti isə 205 dollar təşkil edəcək.

Emil Hüseynov





Baxış sayı: 502

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024