Tarix:13/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “LLVision” şirkətinin xüsusi aksessuarı kamera və mini proyektorla təchiz edilib. Eynək real vaxt rejimində insan sifətlərini izləyərək onları axtarışda olan cinayətkarların siyahısı ilə müqayisə edir. Uyğunluğa rast gəlinəcəyi təqdirdə sistem linza üzərinə qanun pozucusunun şəklini və onun barəsində qısa informasiyanı proyeksiya edir. Həmçinin “ağıllı” eynəyin köməyi ilə yol hərəkətinə nəzarət etmək və avtomobil nömrələrini qaçırılmış nəqliyyat vasitələri bazası ilə tutuşdurmaq mümkündür.
Eynəklərin ilk sınağı fevralda Xenan əyalətinin dəmir yolu vağzalında keçirilib. Uğurla başa çatan eksperiment çərçivəsində qanun keşikçiləri qurğu vasitəsilə insan alverinə görə axtarışda olan bir neçə şəxsi müəyyənləşdirərək həbs etməyə nail olublar.
Qeyd edək ki, polislərin süni intellektli eynəklərlə təchiz edilməsi Çinin milli təhlükəsizlik konsepsiyası ilə uyğunluq təşkil edir. Hazırda ölkədə təxminən 170 milyon müşahidə kamerası quraşdırılıb. 2020-ci ilədək onların sayının üç dəfə artırılması planlaşdırılır. Beləliklə, iki il sonra hər iki Çin sakininin payına bir kamera düşəcək.
Nizam Nuriyev
Çin polisi cinayətkarların axtarışında “ağıllı” eynəkdən istifadə edəcək
Pekin polis əməkdaşlarına xidməti istifadə üçün sifətin tanınması sisteminə malik “ağıllı” eynəklər təqdim olunub.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, “LLVision” şirkətinin xüsusi aksessuarı kamera və mini proyektorla təchiz edilib. Eynək real vaxt rejimində insan sifətlərini izləyərək onları axtarışda olan cinayətkarların siyahısı ilə müqayisə edir. Uyğunluğa rast gəlinəcəyi təqdirdə sistem linza üzərinə qanun pozucusunun şəklini və onun barəsində qısa informasiyanı proyeksiya edir. Həmçinin “ağıllı” eynəyin köməyi ilə yol hərəkətinə nəzarət etmək və avtomobil nömrələrini qaçırılmış nəqliyyat vasitələri bazası ilə tutuşdurmaq mümkündür.
Eynəklərin ilk sınağı fevralda Xenan əyalətinin dəmir yolu vağzalında keçirilib. Uğurla başa çatan eksperiment çərçivəsində qanun keşikçiləri qurğu vasitəsilə insan alverinə görə axtarışda olan bir neçə şəxsi müəyyənləşdirərək həbs etməyə nail olublar.
Qeyd edək ki, polislərin süni intellektli eynəklərlə təchiz edilməsi Çinin milli təhlükəsizlik konsepsiyası ilə uyğunluq təşkil edir. Hazırda ölkədə təxminən 170 milyon müşahidə kamerası quraşdırılıb. 2020-ci ilədək onların sayının üç dəfə artırılması planlaşdırılır. Beləliklə, iki il sonra hər iki Çin sakininin payına bir kamera düşəcək.
Nizam Nuriyev
Baxış sayı: 473
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet