12px13px15px17px
Tarix:20/10/11

Yerli bankdan müasir elektron kart

"Bank of Baku" müştərilərinə faydalı, üstünlüklərlə bol olan, ən əsası isə milli bazarda ilk dəfə tətbiq olunan yeni ödəniş sistemi "Bolkart"ı təqdim edir.

Bankdan verilən məlumata görə, "Bolkart" tamamilə pulsuz, bərpaolunan limitli, üstünlükləri bol, müddəti 3 ilə qədər olan kredit kartıdır.

"Bolkart"ı bankla tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompyuter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, o cümlədən restoran, supermarket və digər ticarət obyektlərində istifadə etmək mümkündür.

"Bolkart"ın işləmə sistemi Türkiyədə artıq demək olar ki, əksər ticarət obyektlərində uğurla tətbiq olunan taksit sisteminin analoqudur.

"Bolkart"ın əsas üstünlüklərindən biri həmin kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək imkanının olmasıdır, üstəlik, əlavə xərcsiz və komissiyasız.

Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilir. Belə ki, "Bank of Baku" ilə tərəfdaş ticarət obyekti ilə razılaşmadan asılı olaraq müştərilər "Bolkart"dan aşağıda qeyd olunan qaydada faydalana bilər:

- "Əlavə xərcsiz 1 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini növbəti ayın 10-dək ödəyə bilərsiniz.

- "Əlavə xərcsiz 6 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 6 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.

- "Əlavə xərcsiz 12 aya ödə" yazısını gördüyünüz ticarət obyektlərində "Bolkart"dan istifadə etməklə aldığınız malların və ya xidmətlərin dəyərini bölüb, 12 ay ərzində (hər ayın 10-dək) ödəyə bilərsiniz.

Kart müştərilərə pulsuz təqdim olunur. Minimum 6 ay bankla iş tarixçəsi olan müştərilər isə aktiv kreditlərinə paralel olaraq "Bolkart"ı əldə edə bilərlər. Misal üçün: Siz 1500 manat limiti olan "Bolkart"a sahibsiniz.

Oktyabr ayı ərzində mebel mağazasından ("əlavə xərcsiz 12 aya ödə" partnyoru) 900 manata divan, parfümeriya mağazasından ("əlavə xərcsiz 6 aya ödə" partnyoru) 150 manata parfümeriya aldınız.

Eyni zamanda, həmin ay ərzində bankla tərəfdaş restoranda ("əlavə xərcsiz 1 aya ödə" partnyoru) cəmi 90 manat dəyərində bir neçə dəfə şam etdiniz (kart hesabınızdakı balansınız 1500-900-150-90=360 manat olur).

Hər 3 halda "Bolkart" istifadə etdiyiniz üçün Sizin cibinizdən heç bir nağd vəsait çıxmır və noyabr ayının 10-dək aşağıda göstərilən ödənişi edirsiniz:

divan üçün 900/12=75 manat

parfümeriya üçün 150/6=25 manat

şam yeməkləri üçün 90 manat

Beləliklə, cəmi 190 manat. Ödədiyiniz məbləğ növbəti gün kart hesabınızda bərpa olunur və Sizin balansınızda istifadə üçün 550 manat (=1500-900-150-90+190) vəsait yaranır.

Üstəlik, bəzi partnyor ticarət obyektlərində alınan mal və xidmətlərin nağd və "Bolkart"la alış qiymətlərində fərqlər ola bilər.

"Bolkart"ı əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayışı (bəzi tərəfdaş təşkilatların əməkdaşlarından arayış tələb edilmir.

Ətraflı məlumatı “145” məlumat mərkəzindən, “www.bankofbaku.com/az/tipes-of-consumer-loans/bolkart.html və www.bolkart.az” internet səhifələrindən əldə etmək olar) təqdim etmək kifayətdir.

“www.bolkart.az” saytına daxil olmaqla və "Bolkart"ı onlayn sifariş etmək olar.



Baxış sayı: 3565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024