12px13px15px17px
Tarix:14/03/18

Üçkameralı “Huawei” smartfonlarının üstünlükləri nümayiş olunub

"Huawei" şirkəti yeni qabaqcıl "P20" smartfonlarının buraxılışı ərəfəsində üçkameralı modellərin üstünlüklərini nümayiş etdirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, Çin istehsalçısı "Huawei" smartfonunun kameralarının peşəkar texnika ilə mübarizəsini əks etdirən iki videoçarx dərc edib. Birinci videoçarxda üçqat kameranın pis işıqlandırma şəraitində də keyfiyyətli çəkiliş aparması nümayiş etdirilir, ikincidə isə şirkət obyektivli böyük fotoaparatlara ehtiyac qalmamasına işarə edir.
 
Məlumata görə, "Huawei P20", "P20 Lite" və "P20 Pro" smartfon modellərinin martın 27-də Parisdə nümayiş etdirilməsi planlaşdırılır. Qabaqcıl modellərin başlıca xüsusiyyəti onların üçkameraya malik olmasındadır. Həmçinin məlum olub ki, modellər dörd – qara, göy, qızılı çəhrayı və qradiyent rəngində buraxılacaq.
 
Nizam Nuriyev









Baxış sayı: 439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024