Tarix:15/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Doogee S60 Lite” modelinin korpusu alümindən, çərçivəsi isə zərbələrdən əlavə qoruyucu rolunu oynayan polikarbonatdan ibarətdir. Smartfon, həmçinin “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bunun sayəsində qurğunun yarım saat ərzində suyun bir metr dərinliyində qalması mümkündür.
Məlumata görə, smartfonun ön tərəfində beşinci nəsil “Gorilla Glass” qoruyucu şüşəsi ilə örtülən “Full HD” təsvir ölçülü 5,2 düym diaqonallı ekran yerləşir. Məhsuldarlığı 1,5 QHs maksimal tezlikli səkkiznüvəli “MediaTek” prosessoru və 4 giqabaytlıq operativ yaddaş həyata keçirir. Proqram, foto, musiqi və digər məlumatların saxlanılması üçün 32 giqabaytlıq yaddaş nəzərdə tutulub. Quraşdırılmış akkumulyatorun tutumu 5580 milliamper/saat təşkil edir. 12В/2А gücünə malik sürətli enerjidoldurma və simsiz enerjidoldurma dəstəklənir. Smartfonun əsas kamerası optik təsvir sabitləşdiricisi sisteminə malik 16 meqapikselli sensorla təchiz olunub. Həmçinin qurğu kontaktsız ödənişlər üçün “NFC” moduluna malikdir.
Bundan əlavə, smartfon aktiv istifadəçilər üçün nəzərdə tutulan bir sıra ötürücü və sensorlarla (GPS, GLONASS, kompas, giroskop, kulonometr və s.) təchiz edilib.
Nizam Nuriyev
Mühafizəli “Doogee S60 Lite” smartfonu 5580 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib
“Doogee” şirkəti yeni mühafizəli “S60 Lite” smartfonunu təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Doogee S60 Lite” modelinin korpusu alümindən, çərçivəsi isə zərbələrdən əlavə qoruyucu rolunu oynayan polikarbonatdan ibarətdir. Smartfon, həmçinin “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bunun sayəsində qurğunun yarım saat ərzində suyun bir metr dərinliyində qalması mümkündür.
Məlumata görə, smartfonun ön tərəfində beşinci nəsil “Gorilla Glass” qoruyucu şüşəsi ilə örtülən “Full HD” təsvir ölçülü 5,2 düym diaqonallı ekran yerləşir. Məhsuldarlığı 1,5 QHs maksimal tezlikli səkkiznüvəli “MediaTek” prosessoru və 4 giqabaytlıq operativ yaddaş həyata keçirir. Proqram, foto, musiqi və digər məlumatların saxlanılması üçün 32 giqabaytlıq yaddaş nəzərdə tutulub. Quraşdırılmış akkumulyatorun tutumu 5580 milliamper/saat təşkil edir. 12В/2А gücünə malik sürətli enerjidoldurma və simsiz enerjidoldurma dəstəklənir. Smartfonun əsas kamerası optik təsvir sabitləşdiricisi sisteminə malik 16 meqapikselli sensorla təchiz olunub. Həmçinin qurğu kontaktsız ödənişlər üçün “NFC” moduluna malikdir.
Bundan əlavə, smartfon aktiv istifadəçilər üçün nəzərdə tutulan bir sıra ötürücü və sensorlarla (GPS, GLONASS, kompas, giroskop, kulonometr və s.) təchiz edilib.
Nizam Nuriyev
Baxış sayı: 313
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet