Tarix:16/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyasının nümayəndələrinin sözlərinə görə, platformaya “Windows Machine Learning API” proqram interfeysi daxildir. Onun köməyi ilə əvvəlcədən təlim görmüş neyron şəbəkələrinin və hazır kompüter təlimi modellərinin funksiyalarını işlənilən əlavələrə tətbiq etmək mümkün olacaq. Bu texnologiyaların tətbiqi üzrə nümunələr video və təsvirlərin “ağıllı” axtarışından tutmuş, fərdi musiqi siyahılarının tərtibinə qədər müxtəlif ola bilər.
Məlumata görə, yeni “Windows ML” süni intellekt platforması fərdi kompüter və noutbuklarda istifadəyə verilməklə yanaşı, “Əşyalar interneti” qurğuları, serverlər, məlumat emalı mərkəzləri və “HoloLens” virtual reallıq eynəkləri tərəfindən dəstəklənəcək.
Süni intellekt əsasında funksiyalar hazırda bu və ya digər şəkildə “Microsoft” məhsullarında tətbiq olunur. Məsələn, “Windows 10” sisteminin əvvəlki böyük yenilənməsində süni intellektdən istifadə edilməklə “ağıllı” antivirus mühafizəsi quraşdırılıb. Süni intellektdən, həmçinin “Office 365” proqram paketində və “Windows Hello” biometrik avtorizə sistemində istifadə edilir.
Nizam Nuriyev
“Windows” sistemi süni intellektlə təchiz ediləcək
“Windows 10” əməliyyat sisteminin buraxılışı yaza planlaşdırılan növbəti böyük yenilənməsinə tərtibatçılara mobil proqramları süni intellekt funksiyaları ilə təchiz etməyə imkan verəcək yeni “Windows ML” platforması daxil olacaq. Hesablamalar lokal şəkildə - kompüterdə aparılacaq ki, bu da “bulud” saxlanclarının gücünün qənaətinə şərait yaradacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Microsoft” korporasiyasının nümayəndələrinin sözlərinə görə, platformaya “Windows Machine Learning API” proqram interfeysi daxildir. Onun köməyi ilə əvvəlcədən təlim görmüş neyron şəbəkələrinin və hazır kompüter təlimi modellərinin funksiyalarını işlənilən əlavələrə tətbiq etmək mümkün olacaq. Bu texnologiyaların tətbiqi üzrə nümunələr video və təsvirlərin “ağıllı” axtarışından tutmuş, fərdi musiqi siyahılarının tərtibinə qədər müxtəlif ola bilər.
Məlumata görə, yeni “Windows ML” süni intellekt platforması fərdi kompüter və noutbuklarda istifadəyə verilməklə yanaşı, “Əşyalar interneti” qurğuları, serverlər, məlumat emalı mərkəzləri və “HoloLens” virtual reallıq eynəkləri tərəfindən dəstəklənəcək.
Süni intellekt əsasında funksiyalar hazırda bu və ya digər şəkildə “Microsoft” məhsullarında tətbiq olunur. Məsələn, “Windows 10” sisteminin əvvəlki böyük yenilənməsində süni intellektdən istifadə edilməklə “ağıllı” antivirus mühafizəsi quraşdırılıb. Süni intellektdən, həmçinin “Office 365” proqram paketində və “Windows Hello” biometrik avtorizə sistemində istifadə edilir.
Nizam Nuriyev
Baxış sayı: 550
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)