12px13px15px17px
Tarix:17/03/18

Optik şəbəkələr üçün “Huawei 400G” kommersiya həlli təqdim olunub

“Huawei” şirkəti optik şəbəkələr üçün yüksək buraxılış qabiliyyətinə malik yeni “400G” həllini nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, məlumata görə, texnologiya sahə üzrə ən yüksək məlumat ötürmə sürətini nümayiş etdirir. Həll buraxılış zolağının tənzimlənən enini bir tezlik üçün 100-400 Qbit/saniyə sazlama sürəti ilə dəstəkləyir. “Rabitə operatorları mövcud infrastruktur əsasında bütün istifadə ssenarilərinə uyğun geniş spektrli adaptiv konfiqurasiyaya malik “400G” şəbəkələrini quraşdırmaq imkanı əldə edəcəklər”, - şirkətin məlumatında qeyd olunur.
 
Bildirilir ki, bir dalğa uzunluğunda məlumatların 400 Qbit/saniyə sürətində ötürülməsi nəzəri baxımdan son həddə çatıb. Nəticədə adi yüksəksürətli “400G” həllərini kommersiya baxımından yalnız məhdud ssenari diapazonlarında tətbiq etmək olar. Lakin “Huawei” şirkətinin “400G” həlli faktiki kommersiya ssenariləri üçün nəzərdə tutulub: həll seqmentləşdirmə, məhdudlaşdırma və sıxılma daxil olmaqla yüksəksürətli məlumatötürmə siqnallarını optimallaşdırır və nəzəri hədlər və kommersiya istifadəsi arasında balansı aşkarlayır.
 
Bundan əlavə, yeni həll kabel tutumunu 40 faiz artırır və eyni sayda enerji sərfiyyatını azaltmaqla şəbəkənin məhsuldarlığını xeyli yaxşılaşdırır və texniki xidmət və istismar üçün xərclərə qənaət edir.  
 
Həldən istifadə üzrə ssenarilər sırasında internet şəbəkələri, şəhər şəbəkələri və məlumat emalı mərkəzlərinə qoşulma, magistral şəbəkələr və bir sıra mürəkkəb şəbəkələr sadalanır.
 
Nizam Nuriyev





Baxış sayı: 149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2018

16 10 2018

16/10/18
“Dövlət qulluqçularının informasiya texnologiyaları üzrə bacarıqları və rəqəmli hazırlığı” mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə Avropa İttifaqının TAIEX 

16/10/18
“Google”un süni intellekti döş xərçənginin diaqnostikasında həkimlərdən üstün olub

San-Diyeqo Hərbi Dəniz Tibbi Mərkəzinin alimləri və “Google”un mühəndisləri tərəfindən hazırlanmış 

16/10/18
Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez 

16/10/18
Yuxu üçün “ağıllı” “Xiaomi” qurğusu buraxılıb

“Xiaomi” şirkəti yuxunun keyfiyyətini yaxşılaşdırmağa imkan verən “Easy Air Brain Wave Sleeping 

16/10/18
Virtual reallıqda obyektlərin formasını hiss etməyə imkan verən əlcək hazırlanıb

“HTC”, “Oculus” və “Sony” kimi şirkətlərin səyi sayəsində virtual reallıq daha da geniş yayılmaqdadır

16/10/18
“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib

“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen çərşənbə axşamı 65 yaşında dünyasını dəyişib

16/10/18
“Apple” istifadəçilərin musiqi seçimini dəqiq müəyyənləşdirəcək

ABŞ-ın “Apple” şirkəti istifadəçilərin musiqi seçimlərinin təhlili ilə məşğul olan “Asaii” şirkətini satın alıb

16/10/18
Ən sürətli kamera yaradılıb

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun və Kanadanın Kvebek Universitetinin tədqiqatçıları 

16/10/18
“Android” sisteminin idarəetməsi altında işləyən ən kiçik smartfon təqdim edilib

2010-cu ildə cib kompüterləri istehsal edən “Palm” şirkəti “Hewlett-Packard” şirkəti tərəfindən satın alındıqdan