12px13px15px17px
Tarix:19/03/18

Dronlar turbinləri buzdan təmizləyəcək

Latviyanın “Aerons” şirkəti 180 kiloqramadək ağırlığı qaldıran 28 mühərrik və 16 batareyaya malik pilotsuz uçan aparat hazırlayıb. Konstruksiyanın quruluşu drona çoxlu vəzifələri yerinə yetirməyə imkan verir. Mühəndislərin planına görə, aparat hündürmərtəbəli binalarda yanğınlar söndürə, axtarış əməliyyatları həyata keçirə və ya külək turbinləri kimi mürəkkəb quruluşa malik qurğularda təmizləmə işləri apara bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, şirkət 2,5 il əvvəl şəxsi vəsaitlər hesabına üç təsisçi tərəfindən yaradılıb.
Yeni ixtira haqqında söz açan həmtəsisçi Yanis Putrams son iki ayda külək turbinləri sahibləri ilə aktiv danışıqların aparıldığını bildirib. “Biz ABŞ, İspaniya, Türkiyə və Cənubi Amerikadan çoxlu məktublar alırıq. Onların hamısı öz köməyini təklif edir. Bundan başqa, biz Kanada, Skandinaviya və bir sıra Avropa ölkələri ilə əlaqə yaratdıq. Çünki qış iqlimində külək turbinləri buz bağlayır və bu səbəbdən onların fəaliyyəti dayandırılır. Bu, onlar üçün çox aktualdır”, - şirkət rəhbəri qeyd edib.
 
Hazırda mühəndislər tərəfindən aparatın sınaqları keçirilir. Dronu satışa çıxarmağı düşünməyən şirkət nümayəndələri təmizlik xidmətləri təklif edən servis yaratmağı planlaşdırırlar.
 
Gələcəkdə robotun konstruksiyasının və proqram təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
 
Nizam Nuriyev
 






Baxış sayı: 442

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024