Tarix:28/03/18
“Xiaomi” şirkətinin yeni qabaqcıl smartfonu keramika və möhkəm alüminiumdan hazırlanmış korpusa, 1080x2160 piksel təsvir ölçüsü və tərəflər nisbəti 18:9 olan 5,99 düymlük AMOLED displey, “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru və “Qi” simsiz enerjidoldurma texnologiyasına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Mi Mix 2S” smartfonu optik sabitləşmə sisteminə malik ikiqat əsas kamera (12 meqapiksellik genişbucaqlı və telefoto moduldan ibarətdir) ilə təchiz edilib. Bundan başqa, kameraların proqram təminatı süni intellekt elementləri sayəsində portretlərdə fonu daha yaxşı bulandırmağa və kadrda mətni tanımağa imkan verir (sonuncu funksiya ani bir zamanda məbləği bir valyutadan digərinə keçirtməyə imkan verir. Nəhayət, smartfon “Google ARCore” virtual reallıq platformasını dəstəkləyir, “Xiao AI” adlı səsli köməkçi, həmçinin sifətin tanınması sistemi ilə təchiz edilib.
İstehsalçıların iddiasına görə, “Mi Mix 2S” bir sıra parametrlərə görə “iPhone X” smartfonunu üstələyir. Məsələn, “Android 8” sisteminin idarəetməsi altında işləyən yeni smartfon daha keyfiyyətli şəkillər çəkməyə imkan verir və oyun həvəskarları üçün yüksək rahatlığı ilə seçilir. Bundan başqa, akkumulyator batareyasının avtonom iş müddəti daha uzunmüddətlidir.
Emil Hüseynov
“Mi Mix 2S” adlı qabaqcıl çərçivəsiz smartfon təqdim edilib
Çinin “Xiaomi” şirkəti “Mix” adlı çərçivəsiz qurğular xəttinə aid “Mi Mix 2S” adlı yeni smartfonunu təqdim edib.“Xiaomi” şirkətinin yeni qabaqcıl smartfonu keramika və möhkəm alüminiumdan hazırlanmış korpusa, 1080x2160 piksel təsvir ölçüsü və tərəflər nisbəti 18:9 olan 5,99 düymlük AMOLED displey, “Qualcomm Snapdragon 845” qabaqcıl prosessoru və “Qi” simsiz enerjidoldurma texnologiyasına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Mi Mix 2S” smartfonu optik sabitləşmə sisteminə malik ikiqat əsas kamera (12 meqapiksellik genişbucaqlı və telefoto moduldan ibarətdir) ilə təchiz edilib. Bundan başqa, kameraların proqram təminatı süni intellekt elementləri sayəsində portretlərdə fonu daha yaxşı bulandırmağa və kadrda mətni tanımağa imkan verir (sonuncu funksiya ani bir zamanda məbləği bir valyutadan digərinə keçirtməyə imkan verir. Nəhayət, smartfon “Google ARCore” virtual reallıq platformasını dəstəkləyir, “Xiao AI” adlı səsli köməkçi, həmçinin sifətin tanınması sistemi ilə təchiz edilib.
İstehsalçıların iddiasına görə, “Mi Mix 2S” bir sıra parametrlərə görə “iPhone X” smartfonunu üstələyir. Məsələn, “Android 8” sisteminin idarəetməsi altında işləyən yeni smartfon daha keyfiyyətli şəkillər çəkməyə imkan verir və oyun həvəskarları üçün yüksək rahatlığı ilə seçilir. Bundan başqa, akkumulyator batareyasının avtonom iş müddəti daha uzunmüddətlidir.
Emil Hüseynov
Baxış sayı: 443
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet