Tarix:29/03/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, mənzil tikintisi sahəsində innovativ layihə “Yhnova” adlanır. Layihə yaradıcılarının sözlərinə görə, söhbət dünya miqyasında unikal texnologiyadan gedir. Botyer məhəlləsində ev bir “3D” printer vasitəsilə inşa edilib.
Robot yaradıcısı Benua Fyure bildirib ki, robot inşaatçı 54 saat ərzində sahəsi 95 kvadratmetr təşkil edən gələcək yaşayış evinin divarlarını tikib. Robotun işi iki operator tərəfindən idarə edilib.
Məlumata görə, ev divarlarının ucaldılması üzrə bütün işlər ötən ilin sentyabrında görülüb. Sonra poliuretan qatışığı və betona qurumağa imkan vermək üçün fasilə elan edilib. Daha sonra işlərin növbəti mərhələsinə - hazırda robot inşaatçıların görə bilmədiyi qapı-pəncərə montajı, daxili arakəsmə, elektrik şəbəkəsinin çəkilməsi və sanitariya qovşağı avadanlığı üzrə işlərə başlanılıb.
Birmərtəbəli ev havanın rütubətlik səviyyəsini, temperaturu, təzyiqi izləyəcək cihazlarla təchiz edilən beş otaqdan ibarətdir. Bununla mühəndislər ətraf mühitin konstruksiyaya təsirini qiymətləndirə biləcəklər.
Nantda tikilən ev sosial mənzil sinfinə aiddir. Eksperimental tikilidə bir kvadratmetrin qiyməti barədə məlumat verilməsə də, yazda orada ilk sakinlərin məskunlaşacağı gözlənilir. Hazırda evin qapıları tədqiqatçılar, arxitektorlar və dizaynerlər üçün açıqdır.
“3D” çap texnologiyaları ilk növbədə peşəkar inşaatçıların işini sadələşdirmək üçün nəzərdə tutulub.
Nizam Nuriyev
Fransada “3D” printerdə çap edilən ilk yaşayış evi istifadəyə verilib
Fransa tarixində üçölçülü çap texnologiyası vasitəsilə yaradılan ilk yaşayış evi ölkənin qərbində yerləşən Nant şəhərində istifadəyə verilib.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, mənzil tikintisi sahəsində innovativ layihə “Yhnova” adlanır. Layihə yaradıcılarının sözlərinə görə, söhbət dünya miqyasında unikal texnologiyadan gedir. Botyer məhəlləsində ev bir “3D” printer vasitəsilə inşa edilib.
Robot yaradıcısı Benua Fyure bildirib ki, robot inşaatçı 54 saat ərzində sahəsi 95 kvadratmetr təşkil edən gələcək yaşayış evinin divarlarını tikib. Robotun işi iki operator tərəfindən idarə edilib.
Məlumata görə, ev divarlarının ucaldılması üzrə bütün işlər ötən ilin sentyabrında görülüb. Sonra poliuretan qatışığı və betona qurumağa imkan vermək üçün fasilə elan edilib. Daha sonra işlərin növbəti mərhələsinə - hazırda robot inşaatçıların görə bilmədiyi qapı-pəncərə montajı, daxili arakəsmə, elektrik şəbəkəsinin çəkilməsi və sanitariya qovşağı avadanlığı üzrə işlərə başlanılıb.
Birmərtəbəli ev havanın rütubətlik səviyyəsini, temperaturu, təzyiqi izləyəcək cihazlarla təchiz edilən beş otaqdan ibarətdir. Bununla mühəndislər ətraf mühitin konstruksiyaya təsirini qiymətləndirə biləcəklər.
Nantda tikilən ev sosial mənzil sinfinə aiddir. Eksperimental tikilidə bir kvadratmetrin qiyməti barədə məlumat verilməsə də, yazda orada ilk sakinlərin məskunlaşacağı gözlənilir. Hazırda evin qapıları tədqiqatçılar, arxitektorlar və dizaynerlər üçün açıqdır.
“3D” çap texnologiyaları ilk növbədə peşəkar inşaatçıların işini sadələşdirmək üçün nəzərdə tutulub.
Nizam Nuriyev
Baxış sayı: 387
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı