12px13px15px17px
Tarix:29/03/18

Tırtıllı robot tikintidə fövqəladə halların qarşısını alacaq

"Doxel" şirkətinin mütəxəssisləri ucaldılan obyekti skan edərək inşaatçıları konstruksiyadakı pozuntular və qüsurlar barədə xəbərdar edəcək tırtıllı robot hazırlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, şirkət işində süni intellektə malik robotdan istifadə edib. Qurğu HD kamera və qüsurların axtarışı üçün divar üzərinə işıq salan cihazlar vasitəsilə hərəkət edir. Bundan başqa, robot tikinti meydançalarına baxış keçirmək üçün sənaye skanerindən istifadə edir. Robot bütün lazımi informasiyanı topladıqdan sonra onun təhlilini, mövcud çertyojlarla və tikinti normaları ilə müqayisəsini aparır və hesabat tərtib edir. Hesabatda binanın vəziyyəti barədə informasiya ilə yanaşı, qrafik üzrə geriqalma və ya qabaqlama barədə məlumatlar əks olunur.

Tikinti və ya quraşdırma işləri düzgün aparılmadıqda süni intellekt bu barədə məlumat verir və problemin həlli üçün variantlar təklif edir. "Doxel" şirkətinin baş direktoru Saurabh Ladha hesab edir ki, yeni texnologiya iri obyektlərin inşasında vaxt və vəsaitə qənaət üçün istifadə oluna bilər.

Nizam Nuriyev
 






Baxış sayı: 354

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024