12px13px15px17px
Tarix:30/03/18

“WhatsApp” messencerində istifadəçilərin aktivliyinə nəzarət edən yeni proqram təqdim edilib

“iOS” mobil əməliyyat sistemi üçün təqdim edilmiş “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində kontaktların aktivliyini izləməyə imkan verir. Yeni proqram, məsələn, dostların messencerdən istifadə tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verir.
 
Bundan başqa, “Chatwatch” mobil proqramı “WhatsApp” messencerində iki kontaktın onlayn vaxtını tutuşdura və onların bir-biri ilə ünsiyyətdə olduğunu müəyyənləşdirə bilir. Sözügedən proqram, həmçinin istifadəçinin mobil proqramda keçirdiyi vaxtı və bir gün ərzində messencerdən istifadə tezliyini göstərir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, yeni proqram tamamilə qanunidir. Qeyd edək ki, bu mobil tətbiq “Last Seen” ("Son daxilolma") funksiyası deaktiv edildiyi halda belə işləyir.
 
Sözügedən mobil proqram ödənişlidir: proqramçılar bir həftə ərzində iki kontaktı izləmək üçün 1,99 dollar məbləğində ödəniş tələb edirlər. Həmçinin nəzərə almaq lazımdır ki, “WhatsApp” messencerinin rəhbərliyi  istənilən vaxt “Chatwatch” proqramının şirkətin məlumatlarına girişinə qadağa qoya bilər.
 
Emil Hüseynov



Baxış sayı: 364

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024