12px13px15px17px
Tarix:03/04/18

Daha bir əfsanəvi “Nokia” telefonu yenilənəcək

“HMD Global” şirkəti “Nokia” mobil telefonunun daha bir populyar modelini təkrar buraxmağı planlaşdırır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, şirkət bu dəfə 1994-cü ildə təqdim edilən “Nokia 2010” telefonunun təkrar istehsalını nəzərdə tutur. O, orijinal modelin 25 illiyi münasibətilə buraxılacaq.
 
Məlumata görə, qara, qırmızı və sarı rənglərdə buraxılacaq populyar telefon “Nokia A10” adlanacaq.
 
Yenilənmiş “Nokia 2010” telefonu “Nokia 3310” (2017) və “8110” (2018) modellərinin işlədiyi eyni əməliyyat sistemi ilə təchiz ediləcəyinə baxmayaraq “WhatsApp” messencerini dəstəkləyəcək.
 
Xatırladaq ki, Finlandiya istehsalçısı bundan əvvəl “Nokia 3310” və “8110” modellərinin yenilənmiş versiyalarını təqdim edib.
 
Nizam Nuriyev





Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024