Tarix:03/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “SpaceX” şirkətinin təsisçisi İlon Maskın yeni peyk internet şəbəkəsinin yaradılması ilə bağlı planı ilk dəfə 2016-cı ildə məlum olub. O vaxt şirkət yaradıcısı “Starlink” adlanan iddialı layihə haqqında qısa məlumat verib. Məlum olub ki, peyklər qruplaşmasına 1150-1325 km orbit hündürlüyündə qərarlaşacaq 4425 peyk, eləcə də 335-346 km orbit hündürlüyünə çıxarılması planlaşdırılan 7518 aparat daxil olacaq. Beləliklə, layihə çərçivəsində “SpaceX” şirkəti təxminən 12 min kompakt peyk buraxmaq niyyətindədir. Lakin komissiyanın materiallarına görə, şirkətə yalnız ilk aparat qruplaşmasının buraxılışına icazə verilib.
Məlumata görə, qlobal internetə çıxışın təmini üçün “SpaceX” peykləri “Ka” və “Ku” tezlik diapazonlarında işləyəcək. “Starlink” şəbəkə peyklərinin istifadəyə verilməsi 2019-cu ilə planlaşdırılır. Şəbəkə peyk qruplaşmasının sayı 800 aparata çatan zaman fəaliyyətə başlayacaq. Bununla yanaşı, şirkət 29 mart 2024-cü ilədək təsdiq edilən aparat sayının yarısını buraxmalı, qalan peykləri isə 29 mart 2027-ci ilədək orbitə çıxarılmalıdır.
Bildirilir ki, fevralın 22-də “SpaceX” şirkəti “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirərək “Starlink” sisteminin ilk iki peykini orbitə çıxarıb.
“Starlink” şəbəkəsi optik-lif şəbəkələri ilə müqayisədə hazırkı siqnal paylama sistemləri ilə deyil, simsiz rabitə şəbəkəsinə birbaşa çıxış vasitəsilə internetə daha sürətli çıxışı nəzərdə tutur.
Nizam Nuriyev
“SpaceX” şirkətinə peyk internetinin yaradılması üçün icazə verilib
ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinin bir neçə min kompakt peykdən ibarət “Starlink” peyk şəbəkəsinin işə salınması və istifadəyə verilməsi üçün müraciətinə müsbət cavab verib. Şirkət şəbəkə vasitəsilə ABŞ daxil olmaqla dünyada istifadəçilər üçün internetə çıxış imkanı yaratmağı planlaşdırır.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “SpaceX” şirkətinin təsisçisi İlon Maskın yeni peyk internet şəbəkəsinin yaradılması ilə bağlı planı ilk dəfə 2016-cı ildə məlum olub. O vaxt şirkət yaradıcısı “Starlink” adlanan iddialı layihə haqqında qısa məlumat verib. Məlum olub ki, peyklər qruplaşmasına 1150-1325 km orbit hündürlüyündə qərarlaşacaq 4425 peyk, eləcə də 335-346 km orbit hündürlüyünə çıxarılması planlaşdırılan 7518 aparat daxil olacaq. Beləliklə, layihə çərçivəsində “SpaceX” şirkəti təxminən 12 min kompakt peyk buraxmaq niyyətindədir. Lakin komissiyanın materiallarına görə, şirkətə yalnız ilk aparat qruplaşmasının buraxılışına icazə verilib.
Məlumata görə, qlobal internetə çıxışın təmini üçün “SpaceX” peykləri “Ka” və “Ku” tezlik diapazonlarında işləyəcək. “Starlink” şəbəkə peyklərinin istifadəyə verilməsi 2019-cu ilə planlaşdırılır. Şəbəkə peyk qruplaşmasının sayı 800 aparata çatan zaman fəaliyyətə başlayacaq. Bununla yanaşı, şirkət 29 mart 2024-cü ilədək təsdiq edilən aparat sayının yarısını buraxmalı, qalan peykləri isə 29 mart 2027-ci ilədək orbitə çıxarılmalıdır.
Bildirilir ki, fevralın 22-də “SpaceX” şirkəti “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirərək “Starlink” sisteminin ilk iki peykini orbitə çıxarıb.
“Starlink” şəbəkəsi optik-lif şəbəkələri ilə müqayisədə hazırkı siqnal paylama sistemləri ilə deyil, simsiz rabitə şəbəkəsinə birbaşa çıxış vasitəsilə internetə daha sürətli çıxışı nəzərdə tutur.
Nizam Nuriyev
Baxış sayı: 378
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet