12px13px15px17px
Tarix:09/04/18

“Samsung Galaxy S10” smartfonunda ön kamera ekrana quraşdırılacaq

“Samsung” şirkəti növbəti qabaqcıl “Galaxy S10” smartfonunda ön kameranı displey matrisasına quraşdırmağı planlaşdırır. Yenilik sayəsində şirkət ekranın işçi səthini genişləndirə biləcək. Bu barədə Cənubi Koreya KİV-i məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, kamera ekran üstündə ənənəvi yerində quraşdırılmasa, bu, displeyin əhatə etdiyi yerin 97 faizini işçi səthinə çevirməyə imkan verəcək. Bundan əlavə, kamera ilə yanaşı, ekrana işıqlandırma və yaxınlaşma ötürücülərinin quraşdırılması nəzərdə tutulur.
 
Qeyd olunur ki, hazırda stabil fəaliyyət göstərməyən texnologiyanın üzərində tamamlama işləri aparılır.  
 
Yeni “Samsung Galaxy S10” smartfonunun 2019-cu ilin fevralında satışa çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev
 






Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024