Tarix:10/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, apreldən etibarən “NVIDIA” şirkəti “Game Ready” və “GeForce Experience” proqram təminatı yeniləmələrini yalnız 64 bitlik əməliyyat sistemləri üçün təqdim edəcək. Bu isə o deməkdir ki, “Windows 7/8/8.1/10”, “Linux” və “FreeBSD” əməliyyat sistemlərinin 32 bitlik versiyalarının istifadəçiləri yenilənmə ilə təmin olunmayacaqlar. Şirkət belə istifadəçilər üçün növbəti ilin yanvarınadək vacib təhlükəsizlik düzəlişləri təqdim etməyi nəzərdə tutur.
Bundan başqa, apreldən “Fermi” arxitekturalı qrafik çiplər əsasında videokartların dəstəklənməsi dayandırılacaq.
Köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsindən imtina “NVIDIA” şirkətinə diqqəti müasir məhsullara yönəldərək onların imkanlarından maksimum yararlanmağa imkan verəcək. Gələcəkdə proqram yeniləmələrinin tez-tez buraxılacağı və daha faydalı olacağı gözlənilir.
Nizam Nuriyev
“NVIDIA” şirkəti köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsini dayandırır
“NVIDIA” şirkəti 32 bit tutumlu əməliyyat sistemlərinin və köhnə videokartların dəstəklənməsini tam dayandıracaq. Bundan sonra “köhnəlmiş” əməliyyat sistemləri və aparat təminatı istifadəçilərinə təhlükəsizlik düzəlişləri, son oyunlara optimallaşdırma və məhsuldarlığın yaxşılaşdırılmasının daxil olduğu yeni “Game Ready” kompüter proqram təminatı göndərilməyəcək.“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, apreldən etibarən “NVIDIA” şirkəti “Game Ready” və “GeForce Experience” proqram təminatı yeniləmələrini yalnız 64 bitlik əməliyyat sistemləri üçün təqdim edəcək. Bu isə o deməkdir ki, “Windows 7/8/8.1/10”, “Linux” və “FreeBSD” əməliyyat sistemlərinin 32 bitlik versiyalarının istifadəçiləri yenilənmə ilə təmin olunmayacaqlar. Şirkət belə istifadəçilər üçün növbəti ilin yanvarınadək vacib təhlükəsizlik düzəlişləri təqdim etməyi nəzərdə tutur.
Bundan başqa, apreldən “Fermi” arxitekturalı qrafik çiplər əsasında videokartların dəstəklənməsi dayandırılacaq.
Köhnə videokartların və əməliyyat sistemlərinin dəstəklənməsindən imtina “NVIDIA” şirkətinə diqqəti müasir məhsullara yönəldərək onların imkanlarından maksimum yararlanmağa imkan verəcək. Gələcəkdə proqram yeniləmələrinin tez-tez buraxılacağı və daha faydalı olacağı gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 350
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet