Tarix:13/04/18
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, smartfon peyk rabitə rejiminə keçid imkanına malik olmaqla "2G", "3G" və "4G" şəbəkələrində iki SİM kartla iş rejimini dəstəkləyir. Peyk və mobil rabitənin eyni anda istifadəsi nəzərdə tutulub. Qurğu, həmçinin simsiz rabitə üçün "Bluetooth" və "Wi-Fi", başqa cihazlarla sinxronlaşdırma və təmassız ödənişlər üçün "NFC" modulu ilə təchiz edilib.
5,2 düymlük diaqonala malik displey "Full HD" təsvir ölçüsünə malikdir və "Corning Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. Qurğunun korpusu "IP67" standartı üzrə su və toza dayanıqlıdır, möhkəmlik və təhlükəsizlik üzrə hərbi tələblərə cavab verir. Akkumulyatorun tutumu haqda məlumat yoxdur, amma istehsalçının sözlərinə görə, gözləmə və danışıq rejimində telefonun avtonom işləmə müddəti yaxşıdır.
"Thuraya X5-Touch" smartfonunun qiyməti və satışa çıxarılma tarixi hələ ki bilinmir.
Emil Hüseynov
Dünyada “Android” sisteminin idarəetməsi altında işləyən ilk peyk smartfonu təqdim edilib
"Thuraya" şirkəti xüsusi olaraq səyahət etməyi sevən insanlar üçün hazırlanmış və "Android" sisteminin idarəetməsi altında işləyən "X5-Touch" adlı ilk peyk smartfonunu təqdim edib."ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, smartfon peyk rabitə rejiminə keçid imkanına malik olmaqla "2G", "3G" və "4G" şəbəkələrində iki SİM kartla iş rejimini dəstəkləyir. Peyk və mobil rabitənin eyni anda istifadəsi nəzərdə tutulub. Qurğu, həmçinin simsiz rabitə üçün "Bluetooth" və "Wi-Fi", başqa cihazlarla sinxronlaşdırma və təmassız ödənişlər üçün "NFC" modulu ilə təchiz edilib.
5,2 düymlük diaqonala malik displey "Full HD" təsvir ölçüsünə malikdir və "Corning Gorilla Glass" qoruyucu şüşəsi ilə təchiz edilib. Qurğunun korpusu "IP67" standartı üzrə su və toza dayanıqlıdır, möhkəmlik və təhlükəsizlik üzrə hərbi tələblərə cavab verir. Akkumulyatorun tutumu haqda məlumat yoxdur, amma istehsalçının sözlərinə görə, gözləmə və danışıq rejimində telefonun avtonom işləmə müddəti yaxşıdır.
"Thuraya X5-Touch" smartfonunun qiyməti və satışa çıxarılma tarixi hələ ki bilinmir.
Emil Hüseynov
Baxış sayı: 446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet