12px13px15px17px
Tarix:16/04/18

“Gmail” elektron poçt xidmətində "avtomatik silinən" məktublar əlçatan olacaq

“Gmail” elektron poçt xidmətinin yeni veb-versiyasında istifadəçilər müəyyən müddətdən sonra özü silinən məktublar göndərmək imkanına malik olacaqlar. Oxşar funksiya bəzi başqa poçt xidmətlərində (məsələn, “ProtonMail”) də mövcuddur.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, məktubu göndərən taymeri həftə, ay və ya hətta bir neçə il üzrə təyin edə bilər. Həmçinin elektron məktubu parol və ya SMS mesaj üzrə pin-kodla qorumaq mümkün olacaq.

ABŞ şirkətinin mühəndisləri 9 may tarixində Mauntin-Vyuda start götürəcək “Google I/O” konfransında bu haqda daha ətraflı məlumat verəcəklər.

Emil Hüseynov





Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024