Tarix:16/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, cihaz yanıb-sönən qırmızı işığı və həyəcan səsini işə salır, siqnallar ətrafdakı insanların diqqətini cəlb edir və bununla cinayətkarın qaçıb gizlənmə riski aradan qaldırılır.
Məlumata görə, qolbaq smartfona “Bluetooth” vasitəsilə qoşulur və GPS koordinatlarını verməklə təcili yardım xidmətini (ABŞ-da 911) çağırır. Qurğu kontaktlar siyahısındakı şəxslərə də əvvəlcədən məlumat göndərə bilir.
Mütəxəssislər ixtiranın praktiki əhəmiyyətini izah edərək fövqəladə hallarda köməyin çağırılması üçün digər vasitələr tərəfindən minimum bir düymənin basılmasının tələb olunmasını qeyd edirlər. Lakin insan huşunu itirən zaman bu sadə hərəkəti yerinə yetirmək çətinlik törədir. Cinayətkarın hücumu zamanı cibdə düyməli cihazı axtarmaq da çətindir. “Ağıllı” bilərzik isə müstəqil işləyir.
Bildirilir ki, qolbaq daim istifadəçinin təzyiqini və bədən temperaturunu nəzarət altında saxlayır. Giroskop və akselerometr hərəkət fəallığını, mikrofon isə səs fonunu izləyir. Proqram təminatı konkret istifadəçiyə uyğunlaşmaqla öyrədilir. Bilərzik istifadəçinin nə vaxt durması və ya oturması, hansı hərəkətlərə üstünlük verməsi barədə “məlumatlı” olur.
Qurğu həyat parametrləri vəziyyətin təhlükəli olmasını bildirən və ya qeyri-adi hərəkətlər yaranan zaman həyəcan siqnalı verir. Məsələn, nəbzin sürətli döyünməsi və qaçış əksər hallarda təhlükədən xəbər verir. Bununla yanaşı, səhər qaçışları adi aktivlik kimi qeydə alınır – qolbaq həyəcan siqnalını işə salmır.
Duruşun hərəkətsiz uzanmış hala qəfil dəyişməsi isə huşun getməsi deməkdir – cihaz SOS siqnalını qoşur.
Nizam Nuriyev
“Ağıllı” qoruyucu bilərzik istifadəçinin qayğısına qalacaq
ABŞ-ın Alabama Universitetinin alimləri “ağıllı” siqnal bilərziyinin prototipini hazırlayıblar. Qurğu istifadəçiyə hücum və ya onun fiziki vəziyyətinin qəfil dəyişməsi zamanı işə düşür.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, cihaz yanıb-sönən qırmızı işığı və həyəcan səsini işə salır, siqnallar ətrafdakı insanların diqqətini cəlb edir və bununla cinayətkarın qaçıb gizlənmə riski aradan qaldırılır.
Məlumata görə, qolbaq smartfona “Bluetooth” vasitəsilə qoşulur və GPS koordinatlarını verməklə təcili yardım xidmətini (ABŞ-da 911) çağırır. Qurğu kontaktlar siyahısındakı şəxslərə də əvvəlcədən məlumat göndərə bilir.
Mütəxəssislər ixtiranın praktiki əhəmiyyətini izah edərək fövqəladə hallarda köməyin çağırılması üçün digər vasitələr tərəfindən minimum bir düymənin basılmasının tələb olunmasını qeyd edirlər. Lakin insan huşunu itirən zaman bu sadə hərəkəti yerinə yetirmək çətinlik törədir. Cinayətkarın hücumu zamanı cibdə düyməli cihazı axtarmaq da çətindir. “Ağıllı” bilərzik isə müstəqil işləyir.
Bildirilir ki, qolbaq daim istifadəçinin təzyiqini və bədən temperaturunu nəzarət altında saxlayır. Giroskop və akselerometr hərəkət fəallığını, mikrofon isə səs fonunu izləyir. Proqram təminatı konkret istifadəçiyə uyğunlaşmaqla öyrədilir. Bilərzik istifadəçinin nə vaxt durması və ya oturması, hansı hərəkətlərə üstünlük verməsi barədə “məlumatlı” olur.
Qurğu həyat parametrləri vəziyyətin təhlükəli olmasını bildirən və ya qeyri-adi hərəkətlər yaranan zaman həyəcan siqnalı verir. Məsələn, nəbzin sürətli döyünməsi və qaçış əksər hallarda təhlükədən xəbər verir. Bununla yanaşı, səhər qaçışları adi aktivlik kimi qeydə alınır – qolbaq həyəcan siqnalını işə salmır.
Duruşun hərəkətsiz uzanmış hala qəfil dəyişməsi isə huşun getməsi deməkdir – cihaz SOS siqnalını qoşur.
Nizam Nuriyev
Baxış sayı: 493
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet