Tarix:18/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şəbəkə nüvəsi üçün əsas xüsusiyyətlərin və servis proseslərinin yoxlanıldığı test zamanı “IMT-2020 (5G) Promotion Group” işçi qrupu tərəfindən “5G” texnologiyasının Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) Pekindəki laboratoriyasında keçirilən elmi-tədqiqat sınaqlarının üçüncü mərhələsi olub.
Məlumata görə, testdə “Huawei” şirkəti tərəfindən Barselonada “MWC 2018” sərgisində təqdim edilən “5G Core Network” kommersiya həllindən istifadə edilib. Sınaqlarda Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” operatorları iştirak ediblər.
“5G” nüvəsi idarəetmə müstəvisinin və istifadəçi müstəvisinin (CUPS) bölünməsi əsasında paylayıcı arxitekturadan istifadə etməklə fəaliyyət göstərir. Bununla yanaşı, istifadəçi müstəvisi zəif yubanma göstəricilərinin praktiki olaraq istənilən vaxtda və istənilən yerdə təmini üçün şəbəkə periferiyasında adaptiv şəkildə qurula bilər.
“Huawei” 2017-ci ilin sonunadək dünyada “5G” şəbəkə nüvəsindən istifadə etməklə 15 kommersiya obyekti inşa edib. Şirkət “5G” sahəsində elmi-tədqiqat texnologiyalarına gələcəkdə də investisiyalar yatırmağı və müvafiq standartların formalaşmasına yardım göstərməyi planlaşdırır.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
“5G” şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtı yaxınlaşır
“Huawei” şirkəti “5G” (NSA) qeyri-avtonom arxitekturası üçün şəbəkə nüvəsini sınaqdan keçirən ilk telekommunikasiya avadanlığı istehsalçısı olub. Bu hadisə beşinci nəsil mobil rabitə şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtını yaxınlaşdırıb.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şəbəkə nüvəsi üçün əsas xüsusiyyətlərin və servis proseslərinin yoxlanıldığı test zamanı “IMT-2020 (5G) Promotion Group” işçi qrupu tərəfindən “5G” texnologiyasının Çin İnformasiya-Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) Pekindəki laboratoriyasında keçirilən elmi-tədqiqat sınaqlarının üçüncü mərhələsi olub.
Məlumata görə, testdə “Huawei” şirkəti tərəfindən Barselonada “MWC 2018” sərgisində təqdim edilən “5G Core Network” kommersiya həllindən istifadə edilib. Sınaqlarda Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” operatorları iştirak ediblər.
“5G” nüvəsi idarəetmə müstəvisinin və istifadəçi müstəvisinin (CUPS) bölünməsi əsasında paylayıcı arxitekturadan istifadə etməklə fəaliyyət göstərir. Bununla yanaşı, istifadəçi müstəvisi zəif yubanma göstəricilərinin praktiki olaraq istənilən vaxtda və istənilən yerdə təmini üçün şəbəkə periferiyasında adaptiv şəkildə qurula bilər.
“Huawei” 2017-ci ilin sonunadək dünyada “5G” şəbəkə nüvəsindən istifadə etməklə 15 kommersiya obyekti inşa edib. Şirkət “5G” sahəsində elmi-tədqiqat texnologiyalarına gələcəkdə də investisiyalar yatırmağı və müvafiq standartların formalaşmasına yardım göstərməyi planlaşdırır.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 436
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet