Tarix:19/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, sistemlə iş üçün istifadəçinin virtual reallıq kaskası və insanın hərəkətlərini dronun hərəkətləri ilə sinxronlaşdırmağa imkan verən bədənin yuxarı hissəsi üçün yumşaq ekzoskelet geyməsi tələb olunur.
Bildirilir ki, istifadəçi əllərini qanadlar kimi açaraq bədəni döndərməklə və ya əyməklə dronun uçuşunu idarə edir. Bu halda istifadəçi aparatın uçuşunu virtual reallıq kaskası vasitəsilə müşahidə edə bilər.
Məlumata görə, sistem yalnız hərəkətsiz qanadlara malik dronlarla işləyir. Ekzoskelet istifadəçinin uçuş zamanı yorulmamasına görə əllər üçün dayaqlarla təchiz edilib. Tərtibatçıların sözlərinə görə, belə dron idarəetmə sistemi (ekzoskelet vasitəsilə) ənənəvi kontrollerlə müqayisədə daha intuitiv və effektivdir.
Tədqiqatçıların fikrincə, layihə kommersiya potensialına malikdir. Layihə müəllifi Karin Ronon bildirib ki, ekzoskeletin hazırlanması zamanı mütəxəssislər məhsulun qiymətinin əlverişli olması üçün ucuz material və texnologiyalardan istifadə etməyə çalışıblar. Tədqiqatçının sözlərinə görə, bundan başqa, kostyumun ölçüsü çox kiçikdir və onu, məsələn, çantaya yerləşdirmək mümkündür.
Mütəxəssislər tərəfindən texnologiyanın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onlar çoxsaylı funksiyaların tətbiqi, məsələn, ekzoskeletin köməyi ilə dronun uçuş sürətinin idarə olunması üzərində çalışırlar.
Nizam Nuriyev
“FlyJacket” sistemi dronu ekzoskelet vasitəsilə idarə edir
İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mütəxəssisləri pilotsuz uçan aparatın ekzoskelet vasitəsilə idarə edilməsi üçün “FlyJacket” adlı sistem hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, sistemlə iş üçün istifadəçinin virtual reallıq kaskası və insanın hərəkətlərini dronun hərəkətləri ilə sinxronlaşdırmağa imkan verən bədənin yuxarı hissəsi üçün yumşaq ekzoskelet geyməsi tələb olunur.
Bildirilir ki, istifadəçi əllərini qanadlar kimi açaraq bədəni döndərməklə və ya əyməklə dronun uçuşunu idarə edir. Bu halda istifadəçi aparatın uçuşunu virtual reallıq kaskası vasitəsilə müşahidə edə bilər.
Məlumata görə, sistem yalnız hərəkətsiz qanadlara malik dronlarla işləyir. Ekzoskelet istifadəçinin uçuş zamanı yorulmamasına görə əllər üçün dayaqlarla təchiz edilib. Tərtibatçıların sözlərinə görə, belə dron idarəetmə sistemi (ekzoskelet vasitəsilə) ənənəvi kontrollerlə müqayisədə daha intuitiv və effektivdir.
Tədqiqatçıların fikrincə, layihə kommersiya potensialına malikdir. Layihə müəllifi Karin Ronon bildirib ki, ekzoskeletin hazırlanması zamanı mütəxəssislər məhsulun qiymətinin əlverişli olması üçün ucuz material və texnologiyalardan istifadə etməyə çalışıblar. Tədqiqatçının sözlərinə görə, bundan başqa, kostyumun ölçüsü çox kiçikdir və onu, məsələn, çantaya yerləşdirmək mümkündür.
Mütəxəssislər tərəfindən texnologiyanın inkişaf etdirilməsi nəzərdə tutulur. Belə ki, onlar çoxsaylı funksiyaların tətbiqi, məsələn, ekzoskeletin köməyi ilə dronun uçuş sürətinin idarə olunması üzərində çalışırlar.
Nizam Nuriyev
Baxış sayı: 436
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı