12px13px15px17px
Tarix:19/04/18

“TESS” teleskopu kosmosa buraxılıb

ABŞ Kosmik Agentliyi (NASA) Kanaveral kosmodromundan "SpaceX Falcon 9" raketdaşıyıcısı vasitəsilə "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunun uğurlu buraxılışını həyata keçirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Popmech" resursuna istinadən yazır ki, yeni teleskop ekzoplanetlərin axtarışı ilə məşğul olacaq.

Məlumata görə, Günəş sistemindən kənarda 2 mindən çox planet aşkar edən əvvəlki "Kepler" teleskopunun istismar müddəti sona yaxınlaşır. "NASA" teleskopun yanacağının tükənməsi və onunla tezliklə əlaqənin kəsiləcəyi barədə məlumat verib.

"TESS" teleskopu "Kepler" kimi, ekzoplanetlərin axtarışında tranzit fotometriya metodundan istifadə edəcək. Bununla belə, agentlik nümayəndələri qeyd edir ki, yeni teleskop daha güclü kameralarla təchiz edilib və daha parlaq ulduzları tədqiq edə biləcək. Aparatın ikiillik missiyası çərçivəsində ümumilikdə 200 mindən çox ulduzun öyrənilməsi (o, tranzit hadisələrini - planetin ulduz dairəsinin qarşısından keçməsini və onun parlaqlığının azalmasını izləyəcək) nəzərdə tutulur. Bununla yanaşı, "TESS" teleskopunun əhatə dairəsi "Kepler"in əhatə dairəsini 400 dəfə üstələyən sahəni əhatə edəcək.

"Falcon 9" raketdaşıyıcısı "TESS" teleskopunu uğurla yüksək elliptik orbitə çıxarıb. Raketdaşıyıcısının ilk pilləsi raketdən ayrıldıqdan sonra Atlantik okeanda "Of Course I Still Love You" üzən platformasına uğurlu eniş edib.

Nizam Nuriyev





Baxış sayı: 384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024