Tarix:20/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” servisləri istifadəçilərin rəğbətini qazana bilməyib.
Hazırda “Google” şirkəti “RCS” (“Rich Communication Services”) protokoluna əsaslanacaq “Chat” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət bilavasitə “Android Messages”ə inteqrasiya ediləcək. “RCS” protokolunun SMS-i bazardan sıxışdırıb çıxaracağı gözlənilir.
“Chat” xidməti mesajın oxunması haqda nişan, mətn yığımı indikatoru, yüksək təsvir ölçülü foto və video, qrup çatları kimi xüsusiyyətlərə malik olacaq. “Chat” faktiki olaraq operator xidmətidir. “SMS” mesajlar kimi “Chat” xidməti də şifrlənməyəcək, amma SMS tarifləri ilə deyil, internet-trafik üzrə ödəniş ediləcək. Sözügedən xidmətin rəsmi təqdimetmə tarixi ilin sonuna gözlənilir. Ancaq bu servisin tətbiqi konkret operatorlardan asılı olacaq.
Emil Hüseynov
“Google” yeni “Chat” hazırlayır və “Allo” messenceri üzərində işləri dayandırır
“Google” şirkəti öz messencerləri ilə bağlı qarma-qarışıqlığı aradan qaldırmaq üçün növbəti dəfə təşəbbüs edir.“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Google Talk”, “Google Voice”, “Google+ Huddles”, “Hangouts”, “Allo” servisləri istifadəçilərin rəğbətini qazana bilməyib.
Hazırda “Google” şirkəti “RCS” (“Rich Communication Services”) protokoluna əsaslanacaq “Chat” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət bilavasitə “Android Messages”ə inteqrasiya ediləcək. “RCS” protokolunun SMS-i bazardan sıxışdırıb çıxaracağı gözlənilir.
“Chat” xidməti mesajın oxunması haqda nişan, mətn yığımı indikatoru, yüksək təsvir ölçülü foto və video, qrup çatları kimi xüsusiyyətlərə malik olacaq. “Chat” faktiki olaraq operator xidmətidir. “SMS” mesajlar kimi “Chat” xidməti də şifrlənməyəcək, amma SMS tarifləri ilə deyil, internet-trafik üzrə ödəniş ediləcək. Sözügedən xidmətin rəsmi təqdimetmə tarixi ilin sonuna gözlənilir. Ancaq bu servisin tətbiqi konkret operatorlardan asılı olacaq.
Emil Hüseynov
Baxış sayı: 473
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet