12px13px15px17px
Tarix:24/04/18

İnsan genomunun atlası yaradılıb

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir redaktəsi texnologiyasından istifadə etməklə insan genomunun atlasını yaradıblar. Tədqiqat hansı genlərin insan sağlamlığı və ya xəstəliyi üçün məsuliyyət daşıdığını izah edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, yeni tədqiqat bütün insan genlərinin funksiyalarının müqayisəsinin aparılması üsulundan ibarətdir. Gövdə hüceyrələri vasitəsilə tədqiqatçılar insan genomundakı bütün genlərin analizini apararaq 180 mindən çox müxtəlif mutasiya yaradıblar. Alimlər "CRISPR-Cas9" texnologiyasını iki insan genomunun surətinin əvəzinə bir surətinin olduğu yeni tip embrional gövdə hüceyrələri ilə birləşdirərək onun redaktəsini sadələşdiriblər.
 
Tədqiqatlardan məlum olub ki, insan genomunda genlərin yalnız 9 faizi embrional gövdə hüceyrələrinin böyüməsi və yaşaması üçün lazım olduğu halda onların 5 faizi faktiki olaraq həmin hüceyrələrin böyüməsini məhdudlaşdırır. Alimlər insanın erkən inkişafında və onun böyüməsində bütün irsi pozulmalar üçün məsuliyyət daşıyan genlərin rolunu təhlil ediblər. Tədqiqatda, həmçinin xərçəng xəstəliyinə səbəb olan genlərin insan embrionunun böyüməsinə təsiri göstərilib.
 
Genom atlası alimlərdə insan genlərinin öyrənilməsi ilə bağlı yeni təsəvvür yaradır. Gələcəkdə texnologiya xərçəng xəstəliklərinin və genetik pozuntuların öyrənildiyi və müalicəsinin aparıldığı tibbi alətlərin təkmilləşdirilməsində rol oynaya bilər.
 
Nizam Nuriyev




Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024