Tarix:25/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdəndir. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzlər ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, Avropa sahəyə investisiya qoyuluşlarının həcminə görə ABŞ və Çindən geri qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri “beyin axını” problemi ilə üzləşir.
Avropanın elm xadimlərinin açıq məktubunda deyilir ki, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS” (European Lab for Learning and Intelligent Systems) tədqiqat mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa laboratoriyası özündə müxtəlif ölkələrin ən yaxşı mütəxəssislərini birləşdirəcək ki, bu da həm fundamental, həm də tətbiqi elmin inkişafına xidmət edəcək. Alimlər ümid edir ki, “ELLIS” süni intellektin tədqiqi sahəsində dünya liderinə çevriləcək.
Layihənin bu il həyata keçirilməsinə başlamaq təklif edilir. Bu məqsədlə Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası təşkilatın yaradılması nəzərdə tutulur. Təşkilatda iştiraka alimlər Avropa İttifaqının digər ölkələrini, eləcə də İsveçrə, Böyük Britaniya və İsraili dəvət etmək niyyətindədir. Mərkəzin tədqiqat fəaliyyəti ilə yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması ilə məşğul olacağı planlaşdırılır.
Nizam Nuriyev
Avropada süni intellektin inkişafı üçün vahid elmi laboratoriya istifadəyə veriləcək
Avropanın süni intellekt sahəsində tədqiqatlarla məşğul olan aparıcı mütəxəssisləri vahid ümumavropa laboratoriyasının yaradılması təklifi ilə çıxış ediblər. Alimlərin fikrincə, bu, Avropanın texnoloji baxımdan Çin və ABŞ-dan geriliyini aradan qaldırmağa kömək edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, hazırda süni intellektin inkişafı elmi-tədqiqat fəaliyyətində prioritet istiqamətlərdəndir. Bununla yanaşı, bu sahədə texnologiyalar yaradan iri laboratoriya və mərkəzlər ABŞ ərazisində yerləşir. Həmçinin ekspertlər bildirir ki, Avropa sahəyə investisiya qoyuluşlarının həcminə görə ABŞ və Çindən geri qalır. Bununla əlaqədar Avropanın aparıcı universitetləri “beyin axını” problemi ilə üzləşir.
Avropanın elm xadimlərinin açıq məktubunda deyilir ki, yaranmış vəziyyətin dəyişdirilməsinə “ELLIS” (European Lab for Learning and Intelligent Systems) tədqiqat mərkəzinin yaradılması kömək edə bilər. Ümumavropa laboratoriyası özündə müxtəlif ölkələrin ən yaxşı mütəxəssislərini birləşdirəcək ki, bu da həm fundamental, həm də tətbiqi elmin inkişafına xidmət edəcək. Alimlər ümid edir ki, “ELLIS” süni intellektin tədqiqi sahəsində dünya liderinə çevriləcək.
Layihənin bu il həyata keçirilməsinə başlamaq təklif edilir. Bu məqsədlə Fransa və Almaniyanın əməkdaşlığına əsaslanan hökumətlərarası təşkilatın yaradılması nəzərdə tutulur. Təşkilatda iştiraka alimlər Avropa İttifaqının digər ölkələrini, eləcə də İsveçrə, Böyük Britaniya və İsraili dəvət etmək niyyətindədir. Mərkəzin tədqiqat fəaliyyəti ilə yanaşı, gənc alimlər üçün maarifləndirici proqramların hazırlanması ilə məşğul olacağı planlaşdırılır.
Nizam Nuriyev
Baxış sayı: 419
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet