12px13px15px17px
Tarix:27/04/18

Gündəlik aktiv “Facebook” istifadəçilərinin sayı 1,5 milyarda yaxınlaşıb

“Facebook” şirkəti martın 31-də başa çatan cari maliyyə ilinin birinci rübünə həsr edilən hesabat dərc edib. Sosial şəbəkənin əsas göstəricilərində əhəmiyyətli artım qeydə alınıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, belə ki, rüb ərzində mədaxil 11,97 milyard dollara çatıb. Bu, gəlirlərin 8,03 milyard dollara bərabər olduğu əvvəlki maliyyə ilinin birinci rübünün nəticəsini yarım dəfə üstələyir.
 
İllik hesablamada xalis mənfəət 63 faiz - 3,06 milyard dollardan 4,99 milyard dollaradək artıb. Bir qiymətli kağıza nisbətdə gəlir 1,69 dollar təşkil edib. Bir il əvvəl bu göstərici 1,04 dollar olub.
 
Aylıq aktiv “Facebook” istifadəçilərinin sayı il ərzində 13 faiz yüksələrək 2,20 milyarda çatıb. Sosial şəbəkənin gündəlik aktiv “Facebook” istifadəçilərinin sayı 1,5 milyarda yaxınlaşaraq rübün yekunlarına görə 1,45 milyard (illik hesablamada +13 faiz) olub.
 
Qeyd edək ki, mədaxilin çox hissəsi reklamın payına düşüb: onun birinci rübdə ümumi gəlir həcmində payı 11,80 milyard dollar təşkil edib. Bir istifadəçiyə nisbətdə mədaxil 5,53 dollara bərabər olub.
 
Nizam Nuriyev





Baxış sayı: 344

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024