12px13px15px17px
Tarix:30/04/18

Təbiət alimlərə hərəkətli robotların yaradılmasında kömək edəcək

ABŞ-ın Dyuk Universitetinin tədqiqatçıları həşərat və bitkilərin hərəkətlərinin mexanikasını daha yaxşı anlamaq üçün onların 100-ə yaxın növünü öyrəniblər. Tədqiqat mühəndislərə canlı varlıqların obrazına uyğun düzəldiləcək elastik və hərəkətli robotların hazırlanmasında yardımçı olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, alimlər qrupu bir sıra heyvanlar (qarışqalar, dəniz çəyirtkələri - krevetkalar) və bitkilər (milçəktutan bitki) arasında kütlə, sürət və gücləndirmənin ölçülməsinin tədqiqi və standartlaşdırılmasına 5 il sərf edib. Məsələn, “Odontomachus bauri” qarışqa növü öz çənəsi vasitəsilə tullanaraq saniyədə 1 milyon metr sürətlə hərəkət edir. Belə təbiət mexanizmləri alimləri hərəkətləri kiçik yay, sürgü və mühərriklərin qarşılıqlı əlaqəsi sayəsində təmin ediləcək robotların yaradılmasına ilhamlandırır.

Tədqiqatın nəticələri kiçik və sürətli sistemlərin əsasını təşkil edən ümumi prinsipləri izah edir. Bu, bioloqlar üçün biomexanikanın öyrənilməsi üçün sistemləşdirilmiş resurs hesab olunur, eləcə də mühəndislərdə effektiv robotlaşdırılmış sistemlərin hazırlanmasının nəticələri barədə dəqiq təsəvvür yaradır.

Nizam Nuriyev





Baxış sayı: 459

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024