Tarix:30/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, 2016-cı ildə Sankt-Peterburqun “Stafory” şirkəti tərəfindən təqdim edilən “Vera” robotu videomüsahibə vasitəsilə bir iş günü ərzində 1500-dək namizədlə söhbət edərək onları ehtimal edən vəzifələr üzrə ayırır. Bundan başqa, robot fərdi elektron məktublar göndərir. Texnologiyanın üstünlüyü işəgötürənlərin vaxtına qənaət etməsindədir. Yerləşdirilən CV-lərin əksəriyyəti artıq iş axtarmayan insanlara məxsusdur. “Vera” bütün CV-ləri yoxlayaraq iş axtarışını davam etdirən insanlarla təxminən 8 dəqiqə müsahibə aparır.
Məlumata görə, hazırda robotun xidmətlərindən yüzlərlə Rusiya şirkəti yararlanır. Layihə müəllifi Aleksey Kostarevin sözlərinə görə, “Vera” gündə 50 minə yaxın müsahibə aparır. O, rus və ingilis dillərində danışa bilir: robot işəgötürənin arzusundan asılı olaraq həm kişi, həm də qadın səsi ilə danışır. Bu proqram təminatı satıcı və inşaatçı kimi kütləvi işçi heyətinin yığılması ilə məşğul olan şirkətlər üçün daha effektivdir. “Vera” robotunun müştəriləri qismində, həmçinin pərakəndə və distributor şirkətlər və banklar çıxış edir.
Nizam Nuriyev
“Vera” robotu insanlara iş tapmağa kömək edir
Rusiya mütəxəssisləri işəgötürənlərə heyətin seçilməsində kömək edən onlayn robot yaradıblar. Danışan “Vera” süni intellekti video vasitəsilə iş axtaranların mimikasını müəyyənləşdirə və tiplərini analiz edə bilir.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, 2016-cı ildə Sankt-Peterburqun “Stafory” şirkəti tərəfindən təqdim edilən “Vera” robotu videomüsahibə vasitəsilə bir iş günü ərzində 1500-dək namizədlə söhbət edərək onları ehtimal edən vəzifələr üzrə ayırır. Bundan başqa, robot fərdi elektron məktublar göndərir. Texnologiyanın üstünlüyü işəgötürənlərin vaxtına qənaət etməsindədir. Yerləşdirilən CV-lərin əksəriyyəti artıq iş axtarmayan insanlara məxsusdur. “Vera” bütün CV-ləri yoxlayaraq iş axtarışını davam etdirən insanlarla təxminən 8 dəqiqə müsahibə aparır.
Məlumata görə, hazırda robotun xidmətlərindən yüzlərlə Rusiya şirkəti yararlanır. Layihə müəllifi Aleksey Kostarevin sözlərinə görə, “Vera” gündə 50 minə yaxın müsahibə aparır. O, rus və ingilis dillərində danışa bilir: robot işəgötürənin arzusundan asılı olaraq həm kişi, həm də qadın səsi ilə danışır. Bu proqram təminatı satıcı və inşaatçı kimi kütləvi işçi heyətinin yığılması ilə məşğul olan şirkətlər üçün daha effektivdir. “Vera” robotunun müştəriləri qismində, həmçinin pərakəndə və distributor şirkətlər və banklar çıxış edir.
Nizam Nuriyev
Baxış sayı: 389
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı