12px13px15px17px
Tarix:01/05/18

“Microsoft Word” proqramı süni intellekt sayəsində daha yaxşı işləyəcək

Həm “iOS”, həm də “macOS” üçün “Microsoft Word” proqramı tezliklə daha yaxşı işləməyə başlayacaq. Bu haqda “Microsoft” korporasiyasının rəsmi bloqunda məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, “Mac” istifadəçiləri süni intellektin imkanları sayəsində mətnləri “Microsoft Word” proqramında 60 müxtəlif dildə tərcümə edə biləcəklər. 11 dilin tərcüməsində neyron kompüter tərcüməsi alqoritmlərindən istifadə edilir. Bu, konteksti qiymətləndirməyə və daha müvafiq sözləri seçməyə imkan verir.

Yeniliklər artıq “Microsoft Office 365” abunəçilərinə əlçatandır.

Emil Hüseynov





Baxış sayı: 449

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024