12px13px15px17px
Tarix:03/05/18

“LG G7 ThinQ” qabaqcıl smartfonu rəsmən təqdim edilib

“LG Electronics” şirkəti “LG G7 ThinQ” adlı yeni qabaqcıl smartfonunu təqdim edib. Aparat “ThinQ” süni intellekt funksiyasına  və güclü texniki xüsusiyyətlərə malikdir.

“LG G7 ThinQ” smartfonu çərçivəsiz dizayna malikdir, ikiqat əsas kamera və arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilib. “Google Assistant” səsli köməkçisindən istifadə üçün ayrıca düymə nəzərdə tutulub. Korpus “Gorilla Glass 5” qoruyucu şüşəsi və metal çərçivədən ibarətdir.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Qualcomm Snapdragon 845” prosessoru, tərəflər nisbəti 19,5:9 olan və “Quad HD+” (3120x1440 piksel) təsvir ölçülü 6,1 düymlük ekran, 8 meqapiksellik ön kamera, ikiqat əsas kamera (16+16 meqapiksel) ilə təchiz edilib. “LG G7 ThinQ” aparatının standart versiyası 4 QB əməli və 64 QB daxili fləş yaddaş, “LG G7+ ThinQ” isə 6+128 QB ilə təchiz edilib. Hər iki halda “microSD” formatlı kartla yaddaşı 2 TB-dək artırmaq imkanı nəzərdə tutulub. “Quick Charge 3.0” sürətli enerji doldurma  və simsiz enerji doldurma imkanına malik akkumulyatorun tutumu 3000 milliamper/saatdır.

“4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC”, “USB Type-C” portu və qulaqlıq üçün 3,5 mm-lik konnektor mövcuddur. “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfon “IP68” standartına müvafiq olaraq su və tozdan qorunub, həmçinin möhkəmliyinə görə “MIL-STD 810G” adlı hərbi standartına uyğundur. Aparatın ölçüləri 153,2x71,9x7,9 mm, çəkisi 162 qram təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024