12px13px15px17px
Tarix:03/05/18

“Apple” şirkəti akkumulyatorları dəyişdirməkdən yayınır

"Apple" şirkəti məhsuldarlığı qəsdən azaldılmış “iPhone” smartfonunda akkumulyatorun zəmanətli dəyişdirilməsindən yayınır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, ABŞ şirkəti batareyanın dəyişdirilməsinə mane olan nöqsanların aradan qaldırılması üçün tam ödəniş tələb edir. Bu isə prosedurun qiymətini xeyli yüksəldir.
 
“Apple” şirkəti bir müddət əvvəl öz smartfonlarında prosessorun sürətini azaltdığını etiraf etmişdi. Bundan sonra məlum olmuşdu ki, akkumulyatorun dəyişdirilməsi qurğunun sürətinin azaldılmasının qarşısını alır.
 
Həmçinin prosessorun sürətini azaltmağı deaktiv etməyə imkan verən funksiya “iOS 11.3” versiyasında əlçatandır.
 
Emil Hüseynov





Baxış sayı: 413

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024