12px13px15px17px
Tarix:05/05/18

“Ford” qurğusu gözdən əlillərə avtomobil pəncərəsinin arxasındakı mənzərəni hiss etməyə imkan verir

“Ford” şirkəti gözdən əlil insanlara avtomobil pəncərəsinin arxasındakı mənzərəni hiss etməyə imkan verən qurğunun prototipini yaradıb. Texnologiya peyzaj konturlarını şüşəyə toxunmaqla hiss edilən vibrasiyaya çevirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, şirkətin Miçiqan filialı satışa çıxarılması nəzərdə tutulmayan “Feel the View” qurğusunun prototipini təqdim edib. Avtomobil pəncərəsinə bərkidilən kamera şüşənin arxasındakı mənzərənin fotoşəkilini çəkir. Sonra fotoşəkillər yüksəkkontrastlı monoxrom təsvirə çevrilir və xüsusi işıq diodlu indikatorlar vasitəsilə şüşədə göstərilir. İstifadəçi şüşəyə toxunmaqla müxtəlif gücə malik vibrasiya tərəfindən boz rəng çalarlarının ötürülməsini hiss edəcək.
 
Məlumata görə, “Ford” qurğunu İtaliyanın zəif görən insanlar üçün qurğularda ixtisaslaşan “Aedo” startapı ilə birgə hazırlayıb. Qurğu yaradıcılarının sözlərinə görə, texnologiyanın qabaqcıl olmasına baxmayaraq onun konsepsiyası çox sadədir. Təsvirlərin tanınması sistemi sərnişinlərə onlara dağın, meşənin və ya okeanın yanından keçməsini başa düşməyə imkan verir. “Mənzərəni görə bilməyən insanlar üçün onu hiss etməyə imkan verən yeni dil yaradılıb”, - mütəxəssislər bildirib.
 
Nizam Nuriyev
 






Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024