Tarix:08/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, nəticədə “Windows 10” sistemli fərdi kompüterdən istifadəçinin smartfonundakı mətnə, o cümlədən SMS, fotoşəkil və bildirişlərə, eləcə də oxşar kontentə çıxış əldə etmək mümkün olacaq.
“iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün funksionallıq fərqli olacaq. “Android” üçün imkanlar daha geniş olacaq və istifadəçinin fərdi kompüterlə işlədiyi zaman smartfonu fiziki baxımdan əlinə götürməsinə ehtiyac qalmayacaq.
Bildirilir ki, “Microsoft” korporasiyası “Your Phone” əlavəsinin sınaqlarına bu həftə “Windows Insiders” proqramı çərçivəsində başlamağı planlaşdırır. Rəylər toplandıqdan və müəyyən düzəlişlərdən sonra əlavənin “Windows 10” sisteminin tərkib hissəsinə çevriləcəyi gözlənilir.
Nizam Nuriyev
Smartfonlar “Windows 10” sisteminə inteqrasiya ediləcək
“Microsoft” korporasiyası “Build 2018” konfransında “Windows 10” əməliyyat sistemi üçün yeni “Your Phone” əlavəsini təqdim edib. Proqram smartfon kontentini birbaşa istifadəçinin kompüterində göstərməyə imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, nəticədə “Windows 10” sistemli fərdi kompüterdən istifadəçinin smartfonundakı mətnə, o cümlədən SMS, fotoşəkil və bildirişlərə, eləcə də oxşar kontentə çıxış əldə etmək mümkün olacaq.
“iOS” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonlar üçün funksionallıq fərqli olacaq. “Android” üçün imkanlar daha geniş olacaq və istifadəçinin fərdi kompüterlə işlədiyi zaman smartfonu fiziki baxımdan əlinə götürməsinə ehtiyac qalmayacaq.
Bildirilir ki, “Microsoft” korporasiyası “Your Phone” əlavəsinin sınaqlarına bu həftə “Windows Insiders” proqramı çərçivəsində başlamağı planlaşdırır. Rəylər toplandıqdan və müəyyən düzəlişlərdən sonra əlavənin “Windows 10” sisteminin tərkib hissəsinə çevriləcəyi gözlənilir.
Nizam Nuriyev
Baxış sayı: 423
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet