Tarix:08/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu təşəbbüsün 5 il ərzində reallaşdırılacağı planlaşdırılır. “Microsoft” korporasiyası süni intellekt sahəsində tədqiqatlar və əlil insanlar üçün nəzərdə tutulmuş texnologiyaların hazırlanması ilə məşğul olan özəl və qeyri-kommersiya təşkilatlarını maliyyə baxımından dəstəkləyəcək.
Korporasiya yalnız startaplara qrant ayırmaq deyil, həmçinin bu sahənin inkişafına sərmayə yatırmaq və ekspert köməyinə ehtiyac duyan tərtibatçıları belə bir xidmətlə təmin etmək niyyətindədir.
“Microsoft” rəhbərliyi hesab edir ki, ən yeni texnologiyalar məhdud qabiliyyətli insanlara öz potensialını reallaşdırmağa kömək edəcək.
Emil Hüseynov
“Microsoft” əlil insanlara yardım məqsədilə süni intellekt texnologiyalarını inkişaf etdirəcək
“Microsoft” korporasiyası məhdud qabiliyyətli insanların həyatını asanlaşdıracaq süni intellekt texnologiyalarının inkişafına 25 milyon dollar ayıracaq. Bu haqda şirkətin prezidenti Bred Smit və baş direktoru Satya Nadellanın rəsmi bəyanatına istinadən “TASS” nəşri məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, bu təşəbbüsün 5 il ərzində reallaşdırılacağı planlaşdırılır. “Microsoft” korporasiyası süni intellekt sahəsində tədqiqatlar və əlil insanlar üçün nəzərdə tutulmuş texnologiyaların hazırlanması ilə məşğul olan özəl və qeyri-kommersiya təşkilatlarını maliyyə baxımından dəstəkləyəcək.
Korporasiya yalnız startaplara qrant ayırmaq deyil, həmçinin bu sahənin inkişafına sərmayə yatırmaq və ekspert köməyinə ehtiyac duyan tərtibatçıları belə bir xidmətlə təmin etmək niyyətindədir.
“Microsoft” rəhbərliyi hesab edir ki, ən yeni texnologiyalar məhdud qabiliyyətli insanlara öz potensialını reallaşdırmağa kömək edəcək.
Emil Hüseynov
Baxış sayı: 502
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet