Tarix:10/05/18
"ICTnews" Elektron Xəbər Xidməti "Mail.ru" resursuna istinadən yazır ki, "Android Things 1.0" versiyası "Qualcomm", "MediaTek", "NXP" və "Raspberry Pi 3" prosessorları ilə işləyən hazır platformaları dəstəkləyir. Yeni sistemlə işləyən ilk qurğular yaxın aylar ərzində təqdim ediləcək. "LG", "JBL" və "Lenovo" şirkətləri ilin sonunadək "Android Things" sistemi ilə işləyən "ağıllı" kolonka və displeylər çıxarmağı planlaşdırırlar.
"Google" şirkəti təhlükəsizlik sisteminə böyük önəm verib. İndi əksər IoT-qurğu tərtibatçıları boşluqların aradan qaldırılması ilə məşğul olmurlar və ümumiyyətlə, təhlükəsizlik yeniləmələri çıxarmaya bilərlər. Nəticədə hakerlər genişmiqyaslı DDoS-hücumlar üçün kamera, datçik və başqa qurğulardan istifadə edirlər. Buna görə "Android Things" ilə işləyən bütün qurğular 3 il ərzində təhlükəsizlik yeniləmələri ilə təmin ediləcək, bu müddətdən sonra tərtibatçılar özləri təhlükəsizlik yeniləmələri çıxara bilərlər.
Emil Hüseynov
“Ağıllı” cihazlar üçün “Android Things 1.0” sistemini təqdim edilib
"Google" şirkəti "Android Things" sistemini təqdim edib. Bu, "IoT" ("Internet of Things"), yəni "Əşyalar interneti" qurğuları üçün proqram platformasıdır. Bu ifadə internetə çıxışı olan bütün cihazları (müşahidə kameraları, ev üçün datçiklər, lampalar, kolonkalar və sairə) əhatə edir."ICTnews" Elektron Xəbər Xidməti "Mail.ru" resursuna istinadən yazır ki, "Android Things 1.0" versiyası "Qualcomm", "MediaTek", "NXP" və "Raspberry Pi 3" prosessorları ilə işləyən hazır platformaları dəstəkləyir. Yeni sistemlə işləyən ilk qurğular yaxın aylar ərzində təqdim ediləcək. "LG", "JBL" və "Lenovo" şirkətləri ilin sonunadək "Android Things" sistemi ilə işləyən "ağıllı" kolonka və displeylər çıxarmağı planlaşdırırlar.
"Google" şirkəti təhlükəsizlik sisteminə böyük önəm verib. İndi əksər IoT-qurğu tərtibatçıları boşluqların aradan qaldırılması ilə məşğul olmurlar və ümumiyyətlə, təhlükəsizlik yeniləmələri çıxarmaya bilərlər. Nəticədə hakerlər genişmiqyaslı DDoS-hücumlar üçün kamera, datçik və başqa qurğulardan istifadə edirlər. Buna görə "Android Things" ilə işləyən bütün qurğular 3 il ərzində təhlükəsizlik yeniləmələri ilə təmin ediləcək, bu müddətdən sonra tərtibatçılar özləri təhlükəsizlik yeniləmələri çıxara bilərlər.
Emil Hüseynov
Baxış sayı: 596
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)