Tarix:16/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, aktivistlər Aya ensiklopediyanın ingilisdilli versiyasının indiyədək mövcud olan bütün arxivini göndərmək istəyirlər. Məqalələrin çap şəklində çəkisinin yüz minlərlə tona bərabər olacağına görə onların nikeldən ibarət xüsusi nanolövhəciklər üzərinə köçürülməsi planlaşdırılır. Beləliklə, milyonlarla mətn səhifəsini kompakt disk qutusu ölçüsündə lövhəciyə yerləşdirmək mümkün olacaq.
Bildirilir ki, layihənin ideyası bəşəriyyət nailiyyətlərinin onun yaşam mühitindən kənar surətinin yaradılmasından ibarətdir. Nikel təbəqələri üçün Yer peykinin aqressiv mühiti və parlaq günəş işığı təhlükə törətmədiyinə görə digər materiallardan fərqli olaraq korroziyaya uğramır. “Bizim arxivlərimiz milyonlar və ya milyardlarla il saxlanılacaq, sonra onları gələcək nəsillər taparaq oxuyacaq”, - “Arch Foundation” nümayəndəsi bildirib.
Qeyri-adi yükün göndərilməsi yaxın bir neçə ildə baş tuta bilər. Bu işdə fonda Aya özəl uçuşlar təşkil etməyi planlaşdıran “Astrobotic” müstəqil kosmik şirkəti kömək edəcək.
Nizam Nuriyev
Milyonlarla “Wikipedia” məqaləsi Aya göndəriləcək
ABŞ-ın “Arch Foundation” qeyri-kommersiya təşkilatı Aya qeyri-adi kitabxana göndərmək niyyətindədir. Kitabxana Yerin süni peykinin “Wikipedia” onlayn ensiklopediyasının metal üzərində çap edilən milyonlarla məqaləsi ilə təchiz edilməsini nəzərdə tutur.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, aktivistlər Aya ensiklopediyanın ingilisdilli versiyasının indiyədək mövcud olan bütün arxivini göndərmək istəyirlər. Məqalələrin çap şəklində çəkisinin yüz minlərlə tona bərabər olacağına görə onların nikeldən ibarət xüsusi nanolövhəciklər üzərinə köçürülməsi planlaşdırılır. Beləliklə, milyonlarla mətn səhifəsini kompakt disk qutusu ölçüsündə lövhəciyə yerləşdirmək mümkün olacaq.
Bildirilir ki, layihənin ideyası bəşəriyyət nailiyyətlərinin onun yaşam mühitindən kənar surətinin yaradılmasından ibarətdir. Nikel təbəqələri üçün Yer peykinin aqressiv mühiti və parlaq günəş işığı təhlükə törətmədiyinə görə digər materiallardan fərqli olaraq korroziyaya uğramır. “Bizim arxivlərimiz milyonlar və ya milyardlarla il saxlanılacaq, sonra onları gələcək nəsillər taparaq oxuyacaq”, - “Arch Foundation” nümayəndəsi bildirib.
Qeyri-adi yükün göndərilməsi yaxın bir neçə ildə baş tuta bilər. Bu işdə fonda Aya özəl uçuşlar təşkil etməyi planlaşdıran “Astrobotic” müstəqil kosmik şirkəti kömək edəcək.
Nizam Nuriyev
Baxış sayı: 486
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı