Tarix:18/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu, gələcəkdə bir şirkətin məhsulunu seçməklə məhdudlaşmayan istifadəçilər üçün yaxşı xəbərdir. Alyans nümayəndələri hesab edir ki, yenilik, həmçinin şəbəkə marşrutlayıcılarının yayılmasına müsbət təsir göstərəcək.
Məlumata görə, lakin hazırda iri texnika istehsalçılarından heç biri “Easy Mesh” standartını dəstəklədiyini bəyan etməyib. Bundan başqa, mövcud marşrutlayıcıların yeni standartla işləyə biləcəyi, eləcə də standarta keçidi asanlaşdıran xüsusi proqram və ya digər təminatın buraxılacağı naməlumdur.
Bununla belə, “Wi-Fi Alliance” nümayəndələri əmindir ki, standartın tətbiqi innovasiyaların artımına səbəb olacaq və bütün sənaye oyunçuları üçün yeni imkanlar açacaq. “Easy Mesh” standartını dəstəkləyən marşrutlayıcıların sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq nəzərdə tutulur.
Qeyd edək ki, “Wi-Fi Alliance” konsorsiumu iri kompüter texnikası və simsiz “Wi-Fi” qurğu istehsalçılarını birləşdirir.
Nizam Nuriyev
Yeni “Wi-Fi” standartı müxtəlif marşrutlayıcılara birlikdə işləməyə kömək edəcək
“Wi-Fi Alliance” konsorsiumu istehsalçılara digər şirkətlərin qurğuları ilə uyğunluq təşkil edən marşrutlayıcı modelləri buraxmağa imkan verən yeni “Easy Mesh” standartını təqdim edib. Bunun sayəsində standartı dəstəkləyən bir neçə qurğunu şəbəkədə birləşdirmək mümkün olacaq.“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, bu, gələcəkdə bir şirkətin məhsulunu seçməklə məhdudlaşmayan istifadəçilər üçün yaxşı xəbərdir. Alyans nümayəndələri hesab edir ki, yenilik, həmçinin şəbəkə marşrutlayıcılarının yayılmasına müsbət təsir göstərəcək.
Məlumata görə, lakin hazırda iri texnika istehsalçılarından heç biri “Easy Mesh” standartını dəstəklədiyini bəyan etməyib. Bundan başqa, mövcud marşrutlayıcıların yeni standartla işləyə biləcəyi, eləcə də standarta keçidi asanlaşdıran xüsusi proqram və ya digər təminatın buraxılacağı naməlumdur.
Bununla belə, “Wi-Fi Alliance” nümayəndələri əmindir ki, standartın tətbiqi innovasiyaların artımına səbəb olacaq və bütün sənaye oyunçuları üçün yeni imkanlar açacaq. “Easy Mesh” standartını dəstəkləyən marşrutlayıcıların sertifikatlaşdırılmasına yaxın vaxtlarda başlamaq nəzərdə tutulur.
Qeyd edək ki, “Wi-Fi Alliance” konsorsiumu iri kompüter texnikası və simsiz “Wi-Fi” qurğu istehsalçılarını birləşdirir.
Nizam Nuriyev
Baxış sayı: 381
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet