Tarix:24/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Britaniyanın cənubunda Porton-Daun şəhərində yerləşən hərbi elmi-texniki laboratoriyanın bazasında yaradılacaq.
Bildirilir ki, yeni qurumun vəzifəsi süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi və inkişafı proseslərini yaxşılaşdırmaq və sürətləndirməkdir. Mərkəzin əsas fəaliyyət sahəsini pilotsuz hərbi texnika, kibermühafizə, qərarların qəbulunda komanda heyətinə yardım sistemləri sahəsində texnologiyalar, eləcə də informasiya müharibəsi ilə mübarizə təşkil edəcək.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Krallıq artıq ölkənin təhlükəsizliyi üçün potensial təhdidlərlə mübarizə üçün texnoloji innovasiyaların inkişafına 800 milyon funt-sterlinq (1 milyard dollardan çox) sərf edib.
Nizam Nuriyev
Britaniyada hərbi süni intellekt tədqiqatları mərkəzi yaradılacaq
Böyük Britaniyada vəzifəsi ölkənin təhlükəsizlik səviyyəsinin və müdafiə qabiliyyətinin artırılmasından ibarət olacaq süni intellekt texnologiyalarının hazırlanması mərkəzi istifadəyə veriləcək.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, Birləşmiş Krallıq Müdafiə Nazirliyinin məlumatına görə, yeni struktur Britaniyanın cənubunda Porton-Daun şəhərində yerləşən hərbi elmi-texniki laboratoriyanın bazasında yaradılacaq.
Bildirilir ki, yeni qurumun vəzifəsi süni intellekt texnologiyalarının hərbi sahədə tətbiqi və inkişafı proseslərini yaxşılaşdırmaq və sürətləndirməkdir. Mərkəzin əsas fəaliyyət sahəsini pilotsuz hərbi texnika, kibermühafizə, qərarların qəbulunda komanda heyətinə yardım sistemləri sahəsində texnologiyalar, eləcə də informasiya müharibəsi ilə mübarizə təşkil edəcək.
Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Birləşmiş Krallıq artıq ölkənin təhlükəsizliyi üçün potensial təhdidlərlə mübarizə üçün texnoloji innovasiyaların inkişafına 800 milyon funt-sterlinq (1 milyard dollardan çox) sərf edib.
Nizam Nuriyev
Baxış sayı: 356
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet