Tarix:24/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, 77 düym diaqonallı panelin “OLED” matrisası şəffaf və elastik olması ilə diqqəti cəlb edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, ekranı 80 millimetrlik radiuslu borucuq şəklinə salaraq bükmək mümkündür.
Bildirilir ki, displeyin təsvir ölçüsü 3840 х 2160 piksel təşkil edir ki, bu da “Ultra HD/4K” standartına uyğundur. Ekranın şəffaflığı 40 faizə bərabərdir. Panelin içindən displeyin arxasında yerləşən obyektləri asanlıqla görmək olar.
Təqdim edilən panel nümayiş üçün nəzərdə tutulan nümunədir və bir nüsxədən ibarətdir. Şirkət seriyalı istehsala hazırlaşsa da, onun satışa çıxarılma müddəti barədə məlumat vermir.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər nazikliyi, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
Ən böyük şəffaf elastik ekran nümayiş olunub
“LG Display” şirkəti ekranlar sənayesinin inkişafını davam etdirərək “Society for Information Display” tədbirində üzvi işıq diodları əsasında dünyanın ən böyük panelini təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, 77 düym diaqonallı panelin “OLED” matrisası şəffaf və elastik olması ilə diqqəti cəlb edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, ekranı 80 millimetrlik radiuslu borucuq şəklinə salaraq bükmək mümkündür.
Bildirilir ki, displeyin təsvir ölçüsü 3840 х 2160 piksel təşkil edir ki, bu da “Ultra HD/4K” standartına uyğundur. Ekranın şəffaflığı 40 faizə bərabərdir. Panelin içindən displeyin arxasında yerləşən obyektləri asanlıqla görmək olar.
Təqdim edilən panel nümayiş üçün nəzərdə tutulan nümunədir və bir nüsxədən ibarətdir. Şirkət seriyalı istehsala hazırlaşsa da, onun satışa çıxarılma müddəti barədə məlumat vermir.
Qeyd edək ki, “OLED” panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər nazikliyi, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
Baxış sayı: 373
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet