Tarix:25/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, xüsusi kompüter alqoritmi işlərin materiallarını öyrənir, onları təsnif etməyə və təhqiqata hazırlamağa kömək edir. Süni intellekt sənədləri tədqiq edərək onları aydınlaşdırır, sübutları analiz edir və işin mümkün mürəkkəblik səviyyəsini müəyyənləşdirir. Cinayət işi neyron şəbəkə tərəfindən müstəqil araşdırıla bilməsə də, bütün adi işləri yerinə yetirir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, süni intellekt cinayət işlərini iki günə hazırladığı halda sıravi polis əməkdaşı bununla bir neçə həftə məşğul olur.
Məlumata görə, neyron şəbəkələr Milli DNK bazasına qoşulduğuna görə müxtəlif işlərdə ümumi detalları aşkarlayır və çatışmayan sübutları tapır. Hazırda süni intellekt 30 milyon çap səhifəsində saxlanılan 1500-dən çox cinayət işini öyrənib.
Neyroşəbəkənin faydası haqqında danışan polis əməkdaşı Rul Vulfert bildirib ki, sistem təkcə mexaniki işi yerinə yetirmir, eyni zamanda müəyyən hadisələr arasında əlaqəni müəyyənləşdirə bilir.
Nizam Nuriyev
Süni intellekt polisə təhqiqatlar aparmağa kömək edir
Niderland Milli Polisi təhqiqatlar aparmağa kömək edən neyron şəbəkə ilə təchiz edilib. Sistem araşdırmaların müddətini xeyli azaltmağa imkan verir.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, xüsusi kompüter alqoritmi işlərin materiallarını öyrənir, onları təsnif etməyə və təhqiqata hazırlamağa kömək edir. Süni intellekt sənədləri tədqiq edərək onları aydınlaşdırır, sübutları analiz edir və işin mümkün mürəkkəblik səviyyəsini müəyyənləşdirir. Cinayət işi neyron şəbəkə tərəfindən müstəqil araşdırıla bilməsə də, bütün adi işləri yerinə yetirir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, süni intellekt cinayət işlərini iki günə hazırladığı halda sıravi polis əməkdaşı bununla bir neçə həftə məşğul olur.
Məlumata görə, neyron şəbəkələr Milli DNK bazasına qoşulduğuna görə müxtəlif işlərdə ümumi detalları aşkarlayır və çatışmayan sübutları tapır. Hazırda süni intellekt 30 milyon çap səhifəsində saxlanılan 1500-dən çox cinayət işini öyrənib.
Neyroşəbəkənin faydası haqqında danışan polis əməkdaşı Rul Vulfert bildirib ki, sistem təkcə mexaniki işi yerinə yetirmir, eyni zamanda müəyyən hadisələr arasında əlaqəni müəyyənləşdirə bilir.
Nizam Nuriyev
Baxış sayı: 423
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı