12px13px15px17px
Tarix:25/05/18

Bu iki nəhəng texnologiya şirkəti arasında məhkəmə çəkişməsi səngimək bilmir

Kaliforniya Məhkəməsi “Samsung” korporasiyasını patent hüququ pozuntusuna görə “Apple” korporasiyasına təxminən 539 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edib.

Məlumatda deyilir ki, “Samsung” korporasiyası sənaye nümunəsi üzrə patent hüququ pozuntusuna görə 533,3 milyon dollar, həmçinin ixtira üçün patent hüququnun pozuntusuna görə 5,3 milyon dollar dəyərində cərimə ödəməlidir.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “Apple” korporasiyası Cənubi Koreya şirkətinin 1 milyard dollar məbləğində cərimələnəcəyi fikrində idi, çünki ABŞ şirkətinin rəsmisinin qənaətinə görə, “Samsung” bu patentlərdən ən azı 1 milyard dollar qazanıb, ona görə də patentlənmiş texnologiya və dizayner həllərindən qanunsuz istifadə edilmiş smartfonların satışından əldə edilmiş bütün pulu qaytarmalıdır.

Qeyd edək ki, şirkətlər arasında məhkəmə çəkişməsi 2011-ci ildən davam edir, amma indiyədək müxtəlif məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərar tərəflərdən heç birini qane etməyib.

Emil Hüseynov





Baxış sayı: 372

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024