12px13px15px17px
Tarix:26/05/18

“Facebook” məişət xidməti ustalarının axtarışı üçün servis istifadəyə verib

“Facebook” şirkəti “Marketplace” ticarət platformasının əsasında məişət işləri ustalarının axtarışı üçün servis istifadəyə verib. Hazırda ABŞ-da istifadəyə verilən servisin digər ölkələrdə işə salınacağı barədə məlumat verilmir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, istifadəçilər yeni servisin köməyi ilə evin təmiri və təmizlənməsi üzrə ustalar, sanitar-texnik və digər mütəxəssislər tapa biləcəklər. Sosial şəbəkənin məlumatına görə, “Facebook” minlərlə peşəkar podratçının çalışdığı “Handy”, “HomeAdvisor” və “Porch” kimi şirkətlərlə əməkdaşlıq edir.
 
Məlumata görə, ABŞ-da məişət işləri ustalarının axtarışı üzrə oxşar imkanları “Angie's List” və “Amazon Home Services” şirkətləri də təklif edir. 
 
“Facebook” nümayəndələri bildirib ki, yeni servis ABŞ istifadəçiləri tərəfindən bənzər xidmətlərə yüksək tələbatın olmasına görə istifadəyə verilib.
 
“Marketplace” platformasının inkişaf üzrə vitse-prezidenti Debor Lyunun sözlərinə görə, ABŞ-da insanları digər mövzularla müqayisədə daha çox ev xidmətləri ilə əlaqədar tövsiyələr maraqlandırır.
 
Nizam Nuriyev





Baxış sayı: 360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Noyabr 2024

27 11 2024