12px13px15px17px
Tarix:26/05/18

“Samsung” yeni smartfonunu təqdim edib

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Wide 3” modelini təqdim edib.
 
Aparat HD formatlı (1280x720 piksel) 5,5 düymlük ekranla təchiz edilib. 1,6 QHs-dək takt tezliyində işləyən və 8 hesablama nüvəsindən ibarət prosessorun markası dəqiq məlum deyil.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 32 QB-dır. Həm ön, həm də arxa kameranın təsvir ölçüsü 13 meqapiksel təşkil edir. Akkumulyator batareyasının tutumu 3300 milliamper/saatdır.
 
SİM-kartlar üçün iki slot, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “Qlonass” simsiz rabitə texnologiyaları dəstəklənir. “VoLTE” funksiyası LTE şəbəkəsində səsli zənglər etməyə imkan verir. Smartfon “Android 8.0 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
Yeni telefon gümüşü və qara rəngli korpuslarda əlçatandır. “Samsung Galaxy Wide 3” modeli təxminən 275 ABŞ dollarına Cənubi Koreya bazarında satışa çıxarılıb. Yeni smartfonun başqa ölkələrə tədarük müddəti haqda hələ heç bir məlumat verilməyib.
 
Emil Hüseynov
 




Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024