Tarix:29/05/18
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "Onyx" adlanan kompakt mexanizm mahiyyət etibarilə ayaqlar üçün güclü ekzoskelet olmaqla istifadəçiyə hərəkətdə gücü artırmağa və daha çox qaçmağa və yük daşımağa imkan verir. Texnologiyanın səhra sınaqları dekabra planlaşdırılır.
Məlumata görə, əvvəlki prototiplər istifadəçinin mexaniki bel çantasından ayaq və çiyninədək uzanan böyük metal borulardan ibarət olmasına görə onlar çatışmazlıqlara malik olub. Bu sistem istifadəçiyə hərəkət etməyə imkan verməkdən daha çox yorurdu. Ekzoskeletin insanın təbii hərəkətlərinə uyğunlaşa bilməməsi səbəbindən istifadəçilər ondan istifadədə əziyyət çəkirdilər.
Bildirilir ki, "Onyx" ekzoskeletində sərt struktur əvəzinə, tərtibatçılar tərəfindən sərt və elastik komponentlər kombinasiyasından istifadə olunub. Mütəxəssislər diqqəti yalnız bədənin buddan ayaqlaradək olan aşağı hissəsinin möhkəmləndirilməsinə yönəldiblər. Hərəkət zamanı ekzoskelet istifadəçinin bədən çəkisini azaldaraq yorğunluq və zədə riskini aşağı salsa da, hərəkət sürətini artırmır. İstifadəçi havada qaça, dizlərini qatlaya və hətta stulda olduğu kimi otura bilər – ekzoskelet onun çəkisini saxlayacaq.
ABŞ-ın "Lockheed Martin" tərtibatçı şirkəti bədənin yuxarı hissəsinin təkmilləşdirilməsi üzərində çalışmağı planlaşdırır. Mühəndislər tərəfindən ekzoskeletin daha yüngül edilməsi üçün onun çəkisinin azaldılması davam etdiriləcək.
Nizam Nuriyev
Hərbçilər üçün yeni ekzoskeletin sınaqları keçiriləcək
ABŞ-da hərbçilərin dözümlüyünü artıran yeni ekzoskeletin sınaqları keçiriləcək."ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "Onyx" adlanan kompakt mexanizm mahiyyət etibarilə ayaqlar üçün güclü ekzoskelet olmaqla istifadəçiyə hərəkətdə gücü artırmağa və daha çox qaçmağa və yük daşımağa imkan verir. Texnologiyanın səhra sınaqları dekabra planlaşdırılır.
Məlumata görə, əvvəlki prototiplər istifadəçinin mexaniki bel çantasından ayaq və çiyninədək uzanan böyük metal borulardan ibarət olmasına görə onlar çatışmazlıqlara malik olub. Bu sistem istifadəçiyə hərəkət etməyə imkan verməkdən daha çox yorurdu. Ekzoskeletin insanın təbii hərəkətlərinə uyğunlaşa bilməməsi səbəbindən istifadəçilər ondan istifadədə əziyyət çəkirdilər.
Bildirilir ki, "Onyx" ekzoskeletində sərt struktur əvəzinə, tərtibatçılar tərəfindən sərt və elastik komponentlər kombinasiyasından istifadə olunub. Mütəxəssislər diqqəti yalnız bədənin buddan ayaqlaradək olan aşağı hissəsinin möhkəmləndirilməsinə yönəldiblər. Hərəkət zamanı ekzoskelet istifadəçinin bədən çəkisini azaldaraq yorğunluq və zədə riskini aşağı salsa da, hərəkət sürətini artırmır. İstifadəçi havada qaça, dizlərini qatlaya və hətta stulda olduğu kimi otura bilər – ekzoskelet onun çəkisini saxlayacaq.
ABŞ-ın "Lockheed Martin" tərtibatçı şirkəti bədənin yuxarı hissəsinin təkmilləşdirilməsi üzərində çalışmağı planlaşdırır. Mühəndislər tərəfindən ekzoskeletin daha yüngül edilməsi üçün onun çəkisinin azaldılması davam etdiriləcək.
Nizam Nuriyev
Baxış sayı: 395
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet