Tarix:29/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, istehsalçılar ilk növbədə üzükdən qarnitur kimi istifadə etməyi təklif edirlər. Korpusa quraşdırılmış xüsusi düymənin köməyi ilə çağırışı qəbul etmək və ya seçilmiş kontakta zəng vurmaq və ya SOS siqnalı göndərmək olar. Danışmaq üçün üzük taxılmış əli qulağa yaxınlaşdırmaq lazımdır.
NFC texnologiyası vasitəsilə üzüyün köməyi ilə alış-verişin haqqını ödəmək olar. Yalnız qurğunun təhlükəsizlik sistemi anlaşılmazdır, çünki smartfonda olduğu kimi şifrə, barmaq izləri skaneri və ya sifətin tanınması texnologiyası yoxdur. Üzüyün daxili yaddaşını fərdi məlumatların saxlanılması, “Bluetooth” texnologiyasını isə xüsusi qıfıla malik qapıların açılması üçün istifadə etmək olar.
Bundan başqa, bir neçə kiçik funksiya var. Məsələn, üzüyün köməyi ilə smartfonda səslənən musiqini dəyişdirmək və ya onu fərdi zəngli saat kimi istifadə etmək olar.
İstehsalçıların iddiasına görə, üzüyün daxili akkumulyatoru 5 gün avtonom işləməyə imkan verir.
İlkin sifariş üzrə “Xenxo”nun üzüyünün qiyməti 189 dollardır. Tədarük 2019-cu ilin fevralına planlaşdırılıb.
Emil Hüseynov
Ən “ağıllı” üzük təqdim edilib
“Xenxo” şirkətinin istehsalı olan üzükdə bütün müasir datçik və çiplər yerləşdirilib: “Bluetooth 5.0”, “NFC”, akselerometr, yaxınlaşma datçiki, 4 QB yaddaş, hətta mikrofonlu dinamik. Bu, adi aksessuarı çoxfunksiyalı qurğuya çevirməyə imkan verib. Bunun üçün istehsalçılar cihazı "ən ağıllı" üzük adlandırıblar.“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, istehsalçılar ilk növbədə üzükdən qarnitur kimi istifadə etməyi təklif edirlər. Korpusa quraşdırılmış xüsusi düymənin köməyi ilə çağırışı qəbul etmək və ya seçilmiş kontakta zəng vurmaq və ya SOS siqnalı göndərmək olar. Danışmaq üçün üzük taxılmış əli qulağa yaxınlaşdırmaq lazımdır.
NFC texnologiyası vasitəsilə üzüyün köməyi ilə alış-verişin haqqını ödəmək olar. Yalnız qurğunun təhlükəsizlik sistemi anlaşılmazdır, çünki smartfonda olduğu kimi şifrə, barmaq izləri skaneri və ya sifətin tanınması texnologiyası yoxdur. Üzüyün daxili yaddaşını fərdi məlumatların saxlanılması, “Bluetooth” texnologiyasını isə xüsusi qıfıla malik qapıların açılması üçün istifadə etmək olar.
Bundan başqa, bir neçə kiçik funksiya var. Məsələn, üzüyün köməyi ilə smartfonda səslənən musiqini dəyişdirmək və ya onu fərdi zəngli saat kimi istifadə etmək olar.
İstehsalçıların iddiasına görə, üzüyün daxili akkumulyatoru 5 gün avtonom işləməyə imkan verir.
İlkin sifariş üzrə “Xenxo”nun üzüyünün qiyməti 189 dollardır. Tədarük 2019-cu ilin fevralına planlaşdırılıb.
Emil Hüseynov
Baxış sayı: 533
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı