Tarix:31/05/18
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248x1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, “Snapdragon 845” qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.
Aparat 3500 milliamper/saat tutumlu “Quick Charge 4.0+” simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını “Android P”-yə yeniləmək mümkün olacaq.
Büdcə versiyası olan “Mi8 SE” modifikasiyası 2244x1080 piksel təsvir ölçülü 5,88 düymlük AMOLED displey, “Snapdragon 710” prosessoru, 4/6 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameranın təsvir ölçüsü 12+5 meqapiksel, akkumulyator batareyasının tutumu 3120 milliamper/saat təşkil edir və “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasına malikdir.
“Explorer Edition” versiyası qabaqcıl modeldən, demək olar, fərqlənmir. Yalnız şəffaf korpus və biometrik sensorla birgə ekranda gizlədilmiş barmaq izləri skaneri bu aparatı “MI8”-dən fərqləndirir.
Emil Hüseynov
“Xiaomi” yeni smartfonlarını təqdim edib
Çində keçirilmiş tədbirdə “Xiaomi” şirkəti “Mi8” qabaqcıl smartfonunu və onun iki modifikasiyasını (“Mi8 SE” və “Mi8 Explorer Edition”) təqdim edib.“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, bütün modellər tam ölçülü displey və arxa paneldə ikiqat kameraya malikdir. Əsas model 2248x1080 piksel təsvir ölçülü 6,21 düymlük AMOLED displey, 6/8 QB-lıq əməli yaddaş, “Snapdragon 845” qabaqcıl prosessoru və 64/128/256 QB-lıq daxili yaddaşla təchiz edilib. Aparat daktiloskopik və biometrik sensorlara malikdir. Smartfona quraşdırılmış ikiqat kamera 12 meqapiksellik təsvir ölçüsünə malik iki sensordan ibarətdir.
Aparat 3500 milliamper/saat tutumlu “Quick Charge 4.0+” simsiz və sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorla təchiz edilib. “Android 8.1 Oreo” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonun platformasını “Android P”-yə yeniləmək mümkün olacaq.
Büdcə versiyası olan “Mi8 SE” modifikasiyası 2244x1080 piksel təsvir ölçülü 5,88 düymlük AMOLED displey, “Snapdragon 710” prosessoru, 4/6 QB-lıq əməli yaddaş, 64 QB-lıq daxili yaddaşla təchiz edilib. İkiqat kameranın təsvir ölçüsü 12+5 meqapiksel, akkumulyator batareyasının tutumu 3120 milliamper/saat təşkil edir və “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasına malikdir.
“Explorer Edition” versiyası qabaqcıl modeldən, demək olar, fərqlənmir. Yalnız şəffaf korpus və biometrik sensorla birgə ekranda gizlədilmiş barmaq izləri skaneri bu aparatı “MI8”-dən fərqləndirir.
Emil Hüseynov
Baxış sayı: 354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet